Sapuqoli gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl.

Coğrafiya Sapuqoli gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Sapuqoli kəndində yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 765 metr, maksimal eni isə 157 metrdir. Su səthinin sahəsi 8,1 ha-dır. Orta dərinliyi 1 metr təşkil edir. Hidrologiya Su tutarının həcmi 80 min m³-dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir. Suyu rəngi sarıdır, minerallaşma 67 mq/l, şəffaflıq 90 sm-dir. Kimyəvi tərkibi hidrokarbonatlı-kalsiumludur. Əhəmiyyəti Su tutarının suyu içməli su kimi və çimmək məqsədi üçün istifadə edilir. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir.

Mənbə

Kateqoriya:Tatarıstan gölləri Kateqoriya:Tatarıstan təbiət abidələri