Ənvər Bikçentayev (tam adı: Ənvər Qadeyeviç Bikçentayev; ; d. 4 oktyabr 1913, Ufa – 18 may 1989, Ufa) — başqırd sovet yazıçısıBİKÇENTAYEV Ənvər Qadeyeviç . ensiklopediya.gov.az .

Həyatı 4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdürБикчентаев А. Г. Биографический очерк // Избранное / сост. Л. Г. Гималова. — Уфа: Китап, 2010. — С. 400. — 19 400 экз. — ISBN 978-5-295-04915-6. .

1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur.

1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir.

1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir.

1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv kimi qəbul edilmişdir.

18 may 1989-cu ildə Ufada vəfat etmişdir.

Yaradıcılığı Əsərləri 1933-cü ildən çap olunmağa başlamışdır.

Rus və başqırd dillərində yazmışdırСочинения: В 3 т. Уфа, 1983–84..

"Qırmızı lalələr" (1944), "Rus əsgəri haqqında novellalar" (1946) hekayə toplularının müəllifidir; "Ölməzlik hüququ" (1950) povesti A.M. Matrosova həsr olunmuşdur. "Durnalar Uralda qalır" (1956), "Sənə cənnət vəd etmirəm" (1963) və s. sosial-psixoloji romanları, uşaqlar üçün əsərləri vardır. "Səfirin qızı" povesti Azərbaycan dilinə tərcümə olunmuşdur.

Mükafatları "Qırmızı Bayraq" ordeni (1942) "Qırmızı Ulduz" ordeni (1943)Наградной лист в электронном банке документов «Подвиг народа» (архивные материалы ЦАМО, ф. 33, оп. 690155, д. 2235, л. 33). Vətən Müharibəsi Ordeninin I dərəcəsi (1985) Vətən Müharibəsi Ordeninin II dərəcəsi (1945)Наградные документы в электронном банке документов «Подвиг народа» (архивные материалы ЦАМО, ф. 33, оп. 690306, д. 3452, л. 2, 24). "Oktyabr inqilabı" ordeni (1972) "Şərəf nişanı" ordeni (1963) RSFSR əməkdar mədəniyyət işçisi (1970) Salavat Yulayev adına Respublika mükafatı (1974) Q.Salyam adına mükafat (1967)

İstinadlar

Xarici keçidlər Произведения А. Бикчентаева на русском языке Статья в Башкирской энциклопедии

Kateqoriya:Ufada doğulanlar Kateqoriya:Ufada vəfat edənlər Kateqoriya:Başqırd yazıçılar Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları