Zaytuna Bikbulatova (tam adı: Bikbulatova Zaytuna İslamovna, ; ) — başqırd aktrisasıBİKBULATOVA Zaytuna İslamovna . ensiklopediya.gov.az . SSRİ xalq artisti (1973).

Həyatı 10 iyun 1908-ci ildə Çişmin rayonunun Safarovo kəndində anadan olmuşdur.

23 fevral 1992-ci ildə Ufada vəfat etmişdir. Ufa müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Ailəsi Makarim Maqadeyevlə evli olmuşdur.

Karyerası Zaytuna Bikbulatova Ufa İncəsənət Texnikumunun teatr şöbəsini bitirmişdir.

Səhnə fəaliyyətinə 1927-ci ildən Ufadakı Başqırdıstan Dram Teatrında başlamışdır.

1961–1984-cü illərdə Başqırdıstan Teatr Xadimləri İttifaqının sədri olmuşdur.

Rolları O, bir sıra müxtəlif xarakterli, real səhnə obrazları yaratmışdır. Əsas rolları: Laurensiya ("Qoyun bulağı", L. de Veqa) Dezdemona ("Otello", U. Şekspir) Larisa ("Cehizsiz qız", A. Ostrovski) Anna Karenina ("Anna Karenina", L. Tolstoy) Tanya ("Tanya", A. Arbuzov) Möhtərəmə ("Biz ayrılmayacağıq", İ. Abdullin) Züleyxa ("Tənha qayınağacı", M. Kərim) Fatimə ("Həyat nəğməsi", M. Əmir) və b.

Xatirəsi Ufa şəhərindəki M. Frunze küçəsində yerləşən 1 nömrəli evə aktrisanın şərəfinə xatirə lövhəsi vurulmuşdur. Çişmin rayonunun Safarovo kəndində yerləşən küçələrdən biri onun adını daşıyır.

İstinadlar

Xarici keçidlər Бикбулатова, Зайтуна Исламовна // Башкирская энциклопедия. — Уфа: ГАУН "Башкирская энциклопедия", 2013. — ISBN 978-5-88185-306-8. Бикбулатова, Зайтуна Исламовна // статья в Большой Советской Энциклопедии Зайтуна Бикбулатова — Корифей башкирской сцены (к 105-летию со дня рождения выдающейся актрисы) // Отдел культуры МР Кургачинский район Одна улыбка Бикбулатовой — целое откровение // Пенсионеры Бикбулатова Зайтуна Исламовна // Чишминская районная межпоселенческая библиотека

Kateqoriya:Başqırdıstanda doğulanlar Kateqoriya:Başqırd aktrisalar Kateqoriya:Başqırdıstan aktrisaları Kateqoriya:Ufada vəfat edənlər Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Ufada dəfn olunanlar Kateqoriya:Salavat Yulaev adına mükafat laureatları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:RSFSR xalq artistləri Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri