Şirvan bu mənaları ifadə edə bilər:

Tarixi yaşayış məntəqələri Şirvan (tarixi ərazi) — Azərbaycanın şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı imperiyasının tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi.

Müasir yaşayış məntəqələri Şirvan (şəhər) — Azərbaycanda şəhər. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi. Şirvan (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şirvan bələdiyyəsi — Azərbaycanın Şirvan şəhərində bələdiyyə. Şirvan (İran) — İranın Şimali Xorasan ostanının şəhərlərindən və Şirvan şəhristanının mərkəzi. Şirvan (Siirt) — Türkiyənin Siirt ilinin bir ilçəsi.

Digər Şirvan Dövlət Təbiət Qoruğu — Şirvan düzənliklərinin cənub-şərq hissəsində Salyan və Neftçala rayonlarının ərazisində yerləşən qoruq. Şirvan Milli Parkı — Cənub-şərqi Şirvan düzündə Salyan və Neftçala rayonları ərazisində yerləşən park. Şirvan xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Şirvan tənburu — armudşəkilli olub, saz tipli alətlər ailəsinə mənsubdur. Şirvan (pul vahidi) — Azərbaycan Xalq Respublikasında istifadə olunmuş pul vahidi. Şirvani — təxəllüs.

Futbol klubları Şirvan Şamaxı — 1990-cı ildə Şamaxıda yaradılmış futbol klubu. Şirvan Kürdəmir — 1990-cı ildə Kürdəmirdə yaradılmış futbol klubu. Şahdağ-Şirvan QVK — 2010-cu ildə yaradılmış Azərbaycan voleybol klubu

Kateqoriya:Bütün eyni soyadlıların siyahısı