Kinokameralı insan () — rejissor Dziqa Vertovun sənədli filmi.

Məzmun Filmin süjet xətti müxtəlif sənədli epizodların maraqlı yığımından ibarətdir. Filmdə şəhər həyatının təsviri: nəqliyyat vasitələrinin hərəkəti, insanlar, sənaye müəssisələri işçilərinin əməyi, görülən mədəni tədbirlər, tibbi idarələr və s. göstərilir. Bu sənədli filmdə montaj prosesinin müxtəlif texnikalarından istifadə olunmuşdur. Məsələn: kadrların sürətli hərəkəti, eləcə də asta hərəkəti, iki və daha çox görüntünün bir kadrda yerləşdirilməsi və s. Bütün bunlar filmə xüsusi özəllik qatan amillərdir.

Film haqqında Film 1929-cu ildə səssiz istehsal olunmuşdu və kinoteatrlarda film gedə-gedə canlı musiqi çalınırdı. Filmə sonradan bir neçə dəfə müxtəlif musiqi nümunələri yazılmışdır. Biosphere (1996), The Cinematic Orchestra (2002), Maykl Nayman (2002) sonradan bu filmin üzərində işləyən musiqiçilərdən olmuşlar.

Başlanğıcda titrlər vasitəsilə filmin müəllif xarakteristikası verilir: "Tamaşaçıların nəzərinə: Əslində film özü ilə kino-veriliş təcrübəsinin görüntülərini təqdim edir. Özü də yazının köməyi olmadan: ekranda heç bir yazı verilmir, film titrsizdir. Ssenarinin köməyi olmadan: filmin ssenarisi yoxdur. Teatrın köməyi olmadan: filmdə dekorasiya, aktyor və s.-dən istifadə olunmamışdır. Bu təcrübi iş həqiqətən, beynəlxalq kino dilinin yaranmasına istiqamətlənmişdir ki, onun da əsasında teatr və ədəbiyyat dili tamamilə ayrılmışdır".

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Dziqa Vertov Operator: Mixail Kaufman Montaj üzrə assistent: Yelizaveta Svilova

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 72.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Tammetrajlı sənədli filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:SSRİ filmləri Kateqoriya:Dziqa Vertovun filmləri Kateqoriya:1929-cu ilin filmləri Kateqoriya:SSRİ haqqında filmlər Kateqoriya:Rusiyanın ağ-qara filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Rusiya sənədli filmləri Kateqoriya:Moskvada çəkilən filmlər Kateqoriya:Dəmiryol nəqliyyatı haqqında filmlər Kateqoriya:Sürrealist filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər