Zülfiyyə Xanbabayevanın 2000-ci ildən bu günə kimi 7 albomu işıq üzü görüb. İlk albom az tirajla satışa çıxarıldı, tez bir zamanda alındı, mahnılar sevildi. Gecə albomundan iki klip çəkilib efirə verildi. Sentyabr ayında Fidan və Xuraman Qasımovalar ilə yazılan duetə video efirə çıxır, bu proyektə görə Zülfiyyə "Humay" mükafatına layiq görülür. Elə həmin ilin sonunda Zülfiyyə ilk alboma daxil olan və albom satışa çıxdıqdan sonra yazdırdığı mahnılardan ibarət canlı konsert verdi. 2001-ci ilin sonunda növbəti albom çıxdı. Albomla eyni adı daşıyan mahnıya çəkilən klip İlin Ən Yaxşı Klipi kimi Humay mükafatı alır. 2002-ci il mayın 31-i tarixində indiki adı ilə Heydər Əliyev adına Sarayda solo konsertlə çıxış edir, bu konsertə görə üçüncü dəfə "Humay" mükafatına layiq görülür, İlin Ən Yaxşı Konserti. Sonra ard-arda Qəlbinə Yol və Sənsiz albomları dinləyicilərin ixtiyarına verilir. Zülfiyyə xanımın "Dəniz" adlı albomu onun qızının adını daşıyır.
Studiya albomları Albom Məlumatlar Gecə buraxılıb: 2000, fevral leybl: Z.X Records format: CD, kaset Sən Gedən Gündən buraxılıb: 2002, dekabr leybl: Z.X Records format: CD, kaset Qəlbinə Yol buraxılıb: 2003, aprel leybl: Z.X Records format: CD, kaset, MP3 Download Sənsiz buraxılıb: 2004, dekabr leybl: Z.X Records format: CD, kaset, MP3 Download Dəniz buraxılıb: 2009, dekabr leybl: Z.X Records format: CDOxu buraxılıb: 2020 leybl: format: CDMelanxoliya buraxılıb: 2020 leybl: format: CD
Heç bir alboma daxil olmayan mahnılar 1988: Səni Xatırlayarkən (mus: Vaqif Gərayzadə) 1999: Dəyişir Dünya - bu mahnı həm də Qəlbinə Yol albomuna Popurrinin bir parçası kimi daxil olub. Mahnı türk müğənnisi Nilüfərin repertuarındandır. 2006: Sevgilim, Süz (mus: Vaqif Gərayzadə, söz: Teymur Məmmədov) - Aygün Kazımovanın Son Söz albomundan bir mahnı. Mahnını Zülfiyyə xanım Sual qrupu ilə birlikdə Aygün Kazımovanın ad günü üçün hazırlamışdılar. 2007: Səni Gəzəcəyəm (mus: Hüseyn Abdullayev) - demo versiya olaraq piratlar tərəfindən internet vasitəsilə yayıldı. Zülfiyyə xanım tərəfindən mahnı ilə bağlı heç bir rəsmi məlumat səslənmədi. Sonradan bu mahnını Sevəcəyəm adı ilə Nadir Qafarzadə ifa etdi və sonuncu albomuna da daxil etdi. 2008: Məhrəm - Lider telekanalında yeni il gecəsində hazırlanan şounun bir hissəsi kimi Zülfiyyə xanım Ququşun repertuarından bu mahnını ifa etmişdi, mahnı ele Ququşun da baş rolunu oynadığı Uzun Gecə filmindəndir. 2011: Sənin üçün - Samir Bağırov ilə duet (mus: Muxtar, söz: Leyli). 2020: İstərdim - Javid ilə duet.( mus. Javid - Cavid Məmmədov).
Musiqi klipləri Videonun adı Çıxış tarixi Rejissoru Daxil olduğu albom Demirəm 1999, noyabr Fuad Əlişov Gecə Gecikməyin Sevməyə 2000, mart Aqil M. Quliyev Aləm Oyansın 2000, sentyabr Samira Cəfərova Sən Gedən Gündən Sən Gedən Gündən 2001, may Fuad Əlişov Son Gecə 2002, yanvar Xatırla Məni 2005, avqust Gülər Həsənli Qəlbinə Yol 2003, aprel Emin Mirabdullayev Qəlbinə Yol Sənsiz 2003, oktyabr Fuad Əlişov Sənsiz Azərbaycan 2004Gülər Həsənli Səninlə 2004 Fuad Əlişov Ayrılığa Dözərəm 2005 Gözümün Qarası 2006 Zaza Orashvili Dəniz Mənimsən 2007 Ramiz Fətəliyev, Fuad Əlişov Unut Getsin 2010 Rəna Qulamova Nə Faydası 2010 Fuad Əlişov Oxu 2019 Zaza OraşviliOxu Sən azərbaycanlısan 2013 Maria İbrahimova Etiraf 2017 Hüseyn Qəribov Melanxoliya Melancholia 2017 Hüseyn Qəribov İki Doğma İnsan (Miri Yusif ilə birgə) 2014 Emin Mehdiyev Sevən Tərəfdə Mən 2019 Fuad Əlişov
Konsert turneləri 2005: Canım Məmləkətim
Xarici keçidlər zulfiyya.com/albomlar Zülfiyyə Xanbabayevanın rəsmi Youtube səhifəsi
Kateqoriya:Zülfiyyə Xanbabayeva Kateqoriya:Diskoqrafiyalar