Səid ibn Əs (; ) — səhabə və vali.
Həyatı 622-ci ildən sonra Məkkədə anadan oldu. Bənu Ümeyyəyə mənsubdur. Atası Əs ibn Səid, anası isə Ümmü Külsüm bint Əmr və ya Ümmü Külsüm bint Abdullah əl-Amiriyyədir. O, atası Bədir döyüşündə öldürüldükdən sonra Mədinə şəhərində Osman ibn Əffanın himayəsində böyümüşdür. Məhəmməd də Səd ibn Əsə qayğı göstərmiş, ona xirqə hədiyyə etmişdir.
Səd ibn Əsə Məhəmmədin vəfatından sonra Əbu Bəkrə beyət etmiş, Riddə döyüşlərində və Suriya-Fələstin cəbhəsində aparılan hərbi əməliyyatlarda iştirak etmişdir.
Ömərin xəlifəlik illərində Şam valisi Muaviyənin əmrində çalışan Səd ibn Əs, sonradan Ömər tərəfindən İraqın zəkat alimi vəzifəsinə təyin edilmişdir.
Osmanın xəlifəlik illərində Kufə vali təyin edilmiş və bu vəzifəyə təyin olunduqdan sonra Təbəristana hərbi yürüş təşkil etmişdir. Bu yürüş nəticəsində Xorasan, Qumis, Cürcan, Təmisə və Nəminə kəndini xilafət torpaqlarına qatmışdır. Bu yürüşdə Həsən, Hüseyn, Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Abdullah ibn Əmr, Huzeyfə ibn Yəman və Abdullah ibn Zübeyr də iştirak etmişdir.
Qəzvində ilk şəhərsalma işləri də onun tərəfindən həyata keçirilmiş, Qəzvində qala və qəsəbə inşa olunmuşdur. Qəzvinə ilk böyük məscidin onun tərəfindən inşa edildiyi də deyilir.
O, Kufədə Osmana qarşı üsyan qaldıran Əştər və tərəfdarları ilə mübarizə aparmış, lakin hadisələri sakitləşdirmək məqsədilə Osman tərəfindən Kufə valisi vəzifəsində azad edilmişdi. Osmanın qətlə yetirildiyi hadisədə isə xəlifəni qorumağa çalışmış, hətta uğurda yaralamışdır.
Muaviyənin xəlifəliyi illərində isə əvvəl Mədinə valisi, sonra isə həcc əmiri vəzifələrini yerinə yetişmişdir.
Səd ibn Əs 679-cu ildə vəfat etmiş və Bəqi qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar Kateqoriya:Mədinəlilər Kateqoriya:Səhabələr Kateqoriya:Asiya siyasətçiləri Kateqoriya:Əməvilər xilafəti Kateqoriya:Ərəblər