Əş-Şixr (ərəb dilində: الشحر) — Şərqi Yəmənin Həzrəmövt bölgəsində, Ədən körfəzi sahilində yerləşən şəhər.

Əş-Şixr Əl-Mükəlladan 60 km şərqdə yerləşir. Şəhərin əhalisi 2004-cü il siyahıyaalınmasına əsasən 47,663 nəfər təşkil etmişdir.

Coğrafiyası Şəhər ətrafı isti kükürdlü bulaqlarla zəngindir. Bunlardan ən məşhuru 20 km qərbdə yerləşən Əl-Xuma bulağıdır. Bulaqlar 12 metr dərinliyində və 30 metr diametrində olan yer çatında yerləşmişdir. Bu bulaqların suları ilə dermatit, diabet, piylənmə, revmatizm və həzm sistemi xəstəlikləri müalicə olunmuşdur. Həmçinin şəhər ətrafında Təvbala, Xami, Sayber və İstərn-Diz bulaqları da yerləşmişdir.

Rəsulilərin hakimiyyəti dövründə qala divarları ilə əhatə olunmuş qədim liman şəhəri Əş-Şixr xüsusi maraq kəsb etmişdir.

İstinadlar

Kateqoriya:Yəmən şəhərləri Kateqoriya:Hind okeanı Kateqoriya:Yəmən tarixi