Mühəmmərə (, ) — mənşəyi Suriyanın Hələb şəhərinə dayanan qoz, qırmızı bibər, nar şərabı və çörək qırıntılarından hazırlanan məzə növü. Mühəmmərə daha çox Suriya mətbəxi ilə əlaqələndirilir. Türkiyənin qərb hissəsində bu yemək acuka adlandırılır və soyuq məzə süfrəsinin bir hissəsi kimi təqdim olunur.

Tərkibi Mühəmmərənin əsas tərkib hissələrinə xüsusi şirin-turş dad vermək üçün təzə qırmızı şirin bibər, nar şərabı, Hələb pul bibəri, xırçıldayan tekstura üçün üyüdülmüş qoz, püreni qatılaşdırmaq üçün çörək qırıntıları, dadı zənginləşdirmək üçün sarımsaq, istəyə bağlı olaraq acı qırmızı bibər pastası, duz və zeytun yağı daxildir. Bütün bu ərzaqlar hamar, lakin azacıq dənəvər pastaya çevrilənədək qarışdırılır. Bəzən tərkibinə limon şirəsi və kimyon kimi ədviyyatlar da əlavə edilir. Dəməşqdə hazırlanarkən bəzən tərkibinə tahin də daxil edilir. Yeməyin üzəri zeytun yağı, qoz, nanə yarpaqları və ya cəfəri ilə bəzədilərək pita çörəyi ilə birgə süfrəyə verilir.

Tərkibindəki bibərlər təzə halda istifadə olunmaqla yanaşı, günəşdə qurudulmuş və ya közlənmiş də ola bilər.

Ənənəvi olaraq bu məzə həvəngdəstə vasitəsilə hazırlanmışdır.

Tarixi Mühəmmərə Xeyrəddin əl-Əsədinin 1981-ci ilə aid ensiklopediyasında ovulmuş kək, nar şərabı, qoz, bibər və yağdan ibarət məzə kimi təsvir edilmişdir.

2022-ci ildə Türkiyənin Qaziantep şəhəri Türkiyə Patent və Əmtəə Nişanı Qurumundan məhəmmərə üçün coğrafi göstərici sertifikatı almış və bu təam şəhərlə əlaqəli qeydiyyata alınmış regional deyer kimi tanınmışdır. Patentdə göstərilən tərkib hissələrinə təzə qırmızı bibər və ya pul bibər, zeytun yağı, qoz, peksimət və ya çörək qırıntıları, nar şərabı, limon şirəsi, kimyon, bəzək üçün isə cəfəri və ya qoz ləpəsi daxildir.

İstifadəsi Mühəmmərə soyuq məzələrlə birlikdə çörəklə yeyilən pasta kimi, mənaqişlərin üzərinə sürtülərək və ya kababların, közlənmiş tərəvəzlərin, ızgara ətlərin və balıqların yanında sous kimi istifadə olunur.Muhammara

İstinadlar

Kateqoriya:İraq mətbəxi Kateqoriya:Livan mətbəxi Kateqoriya:Məzələr Kateqoriya:Souslar Kateqoriya:Suriya mətbəxi Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Veqan mətbəxi Kateqoriya:Yəhudi mətbəxi Kateqoriya:Ərəb dilində sözlər və ifadələr