Nassaulu Hilda Şarlotta Vilhelmina (; ) — Böyük Lüksemburq hersoqu Adolfun qızı, Böyük Baden hersoginyası.
5 noyabr 1864-cü ildə Visbadendə dünyaya gəldi. Atası Nassau hersoqu Adolf, anası isə onun ikinci xanımı Anhalt-Dessaulu Adelhayd-Mariyadır. Avstriya-Prussiya müharibəsində Avstriyanı dəstəkləyən atası müharibənin ardından taxtını itirdi və bütüm mülkləri Prussiya krallığına ilhaq olundu. O əsnada hələ 2 yaşında olan Hildanın uşağlığı digər alman saraylarında sürgündə keçdi.
1885-ci ildə Böyük Baden hersoqu I Fridrixin oğlu vəliəhd-şahzadə Fridrixlə nişanlandı. Cütlüyün toy mərasimi 20 sentyabr 1885-ci ildə baş tutdu. Ancaq bu nigahdan övladları olmadı. Ərinin hərbi vəzifələri səbəbilə müxtəlif alman şəhərlərində yaşayan cütlük 1902-ci ildən etibarən Karlsruedə daimi məskunlaşdı.
1907-ci ildə ərinin taxta çıxmasının ardından Böyük Baden hersoginyası ünvanı aldı.
Birinci Dünya müharibəsinin ardından digər kiçik alman dövlətləri kimi Baden hersoqluğu da ləğv edildi. Beləcə, Hilda və əri II Fridrix səltənətini itirdi. Qalan illərini müxtəlif alman şəhərlərini gəzərək keçirdi. 8 fevral 1952-ci ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Nightingale, Florence (2001). Lynn McDonald (ed.). The collected works of Florence Nightingale, Volume 1. Toronto: Wilfrid Laurier University Press. p. 185. ISBN 9780889203877
İstinadlar