İncə quruluş sabiti (α) – universial fiziki sabitlərin kombinasiyasından  ibarət olan dimen­zion­suz (vahidsiz) sabit: α ≈ 1/137. İncə quruluş sabitinin ədədi qiyməti vahidlər sisteminin seçimindən asılı deyil və CODATA-nin (The Committee on Data of the International Science Council – Beynəlxalq Elm Şurasının Elm və Texnologiya üzrə Komitəsi) məlumatına görə onun dəqiq qiyməti, 1.6×10−10 nisbi xəta ilə,

α = 0.0072973525643(11) = 1/ 137.035999177(21) kimi qəbul edilmişdir.2022 CODATA Value: fine-structure constant". The NIST Reference on Constants, Units, and Uncertainty. NIST. May 2024.

Bu sabit, atomun spektral xətlərinin (uyğun enerji səviyyələrinin) incə quruluşunu, yəni multipletlərə parçalanmasını izah etmək üçün 1916 - cı ildə Arnold Zommerfeld tərəfindən α = v0/c (burada v0 = ⁠1/4πε0⁠⁠e2/ħ⁠ ≈ 2.18∙106 m/san – Nils Borun atom modelinə əsasən hidrogen atomunda elektronun 1-ci dairəvi orbitindəki sürəti; e – elementar elektrik yükü, c – işıq sürəti, ℏ – Plank sabiti, ε0 – vakuumun dielektrik nüfuzluğudur) kimi daxil edilmişdir (ona görə də buna Zommerfeld sabiti də deyirlər). Sonralar Zommerfeld bu ifadəni α = e2/ℏc (SQS sitemində; BS-də isə α = e2/4πε0ℏc) şəklinə çevirmişdir.Kragh, Helge (July 2003). "Magic number: A partial history of the fine-structure constant". Archive for History of Exact Sciences. 57 (5): 395–431. doi:10.1007/s00407-002-0065-7. JSTOR 41134170. S2CID 118031104.

Fərqli fiziki sabitlərlərin köməyi ilə α üçün müxtəlif ifadələr mövcuddur:

Burada µ0⁠ – vakuumun maqnit nüfuzluğu; ke – Kulon sabiti; RK – Von Klitzing sabiti; Z0 – vakuumun (dalğa) impedansıdır.

İncə quruluş sabitinin bir neçə fiziki şərhi mövcuddur. Məsələn, α -nı iki enerji növünün – d məsafəsində yerləşən iki elektron arasındakı elektrostatik itələmə qüvvəsini dəf etmək üçün tələb olunan enerji və λ = 2πd dalğa uzunluğuna malik bir fotonun enerjisi – nisbəti kimi ifadə edirlər. Kvant elektrodinamikasında α kəmiyyəti elektronlar və fotonlar arasındakı qarşılıqlı təsirin gücünü müəyyən edən əlaqə sabitini ifadə edir.Riazuddin, Fayyazuddin (2012). A Modern Introduction to Particle Physics (3rd ed.). World Scientific. p. 4. doi:10.1142/8064. ISBN 978-981-4338-83-7.

Müasir baxışlara görə incə quruluş sabiti elementar yüklü zərrəciklərlə elektromaqnit sahəsinin qarşılıqlıtəsirinin intensivliyini xarakterizə edən fundamental sabitdir.

İstinadlar

Kateqoriya:1916-cı ildə elm Kateqoriya:Atom fizikası Kateqoriya:Elektromaqnetizm Kateqoriya:Əsas sabitlər Kateqoriya:Kosmologiya Kateqoriya:Kvant fizikası Kateqoriya:Ölçüsüz ədədlər