Samuel Qomes Lobato () — portuqaliyalı peşəkar futbolçu.

Hal hazırda Azərbaycanın Qarabağ klubunda yarımmüdafiəçi qismində çıxış edir.

Karyerası Lobato "ARDC Gondim-Maia", Boavişta, "Salgueyroş", "Leyşoeş" və Sportinq klublarının gənclər akademiyalarının yetirməsidir.

20 avqust 2019-cu ildə o, "Sportinq" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.

2021-ci ildə "Famalikan" klubuna keçmiş və burada 23 yaşlılardan ibarət komandada oynamışdır. 5 iyul 2022-ci ildə "Famalikan" ilə 2026-cı ilə qədər ilk peşəkar müqaviləsini imzalamışdır.

1 sentyabr 2022-ci ildə icarə əsasında bir mövsümlük Portuqaliya Liqa 2 təmsilçisi "B-SAD" klubuna qoşulmuşdur.

Növbəti mövsüm "Famalikan"ın U-23 komandasına qayıtmış, 8 yanvar 2024-cü ildə isə 2023–2024-cü illər mövsümünün ikinci yarısı üçün yenidən ikinci divizionda çıxış edən "Tondela" klubuna icarəyə verilmişdir.

2 iyul 2025-ci ildə Lobato Portimonense klubu ilə üçillik müqavilə imzalayaraq komandaya qoşulmuşdur.

2026-cı ilin iyun ayında Samuel Lobato Azərbaycanın "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalamışdır.

Milli komanda karyerası 2017-ci ilin sentyabr ayında Lobato təlim-məşq toplanışı üçün Portuqaliyanın 17 yaşlılardan ibarət milli komandasına çağırılmışdır.

İstinadlar

Kateqoriya:Boavişta FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:Sportinq Lissabon FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları