thumb|E.ə 520–500-cü illərə aid qaçan qızın tunc heykəlciyi. Spartaya aiddir. Serbiyanın Prizren şəhərində tapılmışdır. Fiqurun geyindiyi və bir döşünü açıq qoyan qısa xiton, Pausaniasın Hera oyunlarında yarışan idmançıların geyimi kimi təsvir etdiyi geyimlə uyğunluq təşkil edir. Britaniya Muzeyi, 1876, 0510.1 Qədim Spartada qadınlar digər yunan-şəhər dövlətləri ilə müqayisədə daha çox azadlığa malik olmaları ilə tanınırdılar. Qədim Yunanıstanda Sparta xaricində yaşayan müasirlər arasında Sparta qadınları haqqında əxlaqi sərbəstlikləri və həyat yoldaşları üzərində təsirə malik olmaları ilə bağlı fikirlər mövcud idi. Sparta qadınlarına qanuni olaraq mülkiyyət sahibi olmaq və onu miras ala bilmək hüququ verilirdi. Onlar adətən Athens qadınları ilə müqayisədə daha yaxşı təhsil alırdılar. Qədim Yunanıstanın digər bölgələrində olduğu kimi, Spartada da əsasən yüksək təbəqə haqqında daha çox məlumat mövcuddur. Əhalinin böyük hissəsini təşkil edən qeyri-vətəndaşlar (məsələn, helotlar) barədə və onların gender rolları haqqında qədim mənbələrdə geniş məlumat verilmir.

Mənbələr Spartalı qadınların həyatına dair ən erkən sübutlar Arxaik yunan şeirindən gəlir, məsələn, Spartada yaşayan və fəaliyyət göstərən Lidiyalı şair Alkmanın "partheneyia" (qız mahnıları) əsərləri. Digər vacib mənbələrə Heredotun əsərləri, beşinci əsr Afina dramaları və dördüncü əsr Afina siyasi traktatları daxildir; bunlara Ksenofonun Spartalıların Konstitusiyası və Aristotelin Siyasət əsəri də aiddir. Roma dövründə mənbələr arasında Plutarxın bioqrafiyaları, Spartalıların adət-ənənələri və ifadələrini topladığı əsərlər və Pausaniasın Laconia bələdçisi yer alır.

Uşaqlıq thumb|Cüzeppe Diottinin bu əsəri qədim Spartada körpələrin sağlamlığının qiymətləndirmədən keçirilməsini təsvir edir. Plutarxın yazdığına görə, Spartada uşaqlar doğulduqdan sonra qiymətləndirilir və sağlam hesab olunmayanlar yaşamağa buraxılmırdı. O qeyd edirdi ki, Spartalılar sağlam olmayan uşaqlara qarşı körpəqətli (infantisid) tətbiq edirdilər. Bunun qızlara da şamil olunub-olunmaması isə mübahisəlidir. Plutarx və Ksenofonun digər məlumatlarına əsasən, bu tətbiqin əsasən oğlanlara aid olduğu ehtimal edilir. Qız uşaqları doğulduqdan sonra birbaşa analarının himayəsinə verilirdi. Lakin bu praktikanın Spartanın bütün dövrlərində tətbiq edilib-edilmədiyi dəqiq məlum deyil.

Spartada qız uşaqları oğlanlar kimi yaxşı qidalanırdı. Bu Afina ilə müqayisədə fərqli idi. Afinada oğlanlara qızlardan daha yaxşı qulluq edilirdi. Spartada isə məqsəd sağlam və güclü qadınlar yetişdirmək idi ki, gələcəkdə sağlam övlad dünyaya gətirə bilsinlər.

Təhsil Oğlanlardan fərqli olaraq, spartalı qızlar əsasən evdə, analarının yanında böyüyür və təhsil alırdılar. Onlar ev təsərrüfatını idarə etmək, ailəyə nəzarət etmək kimi vəzifələri öyrənirdilər, çünki ailənin kişiləri çox vaxt hərbi xidmətlə əlaqədar evdən uzaqda olurdu.

Mənbələr göstərir ki, hələ arxaik dövrdə qızlar üçün müəyyən rəsmi təhsil sistemi mövcud olmuşdur, lakin bu sistem ellinistik dövrdə ləğv edilmişdir. Dövlət nəzarətində olan qız təhsili e.ə 188-ci ildə yenidən ləğv edilmiş, daha sonra Roma dövründə bərpa olunmuşdur. thumb|Edgar Degas, Məşq edən gənc spartalılar. Spartada oxuyub-yazmaq əsasən elit təbəqəyə aid bacarıq idi. Bununla belə, klassik dövrə aid bəzi məlumatlar qadınların da savadlı olduğunu göstərir. Məsələn, anaların uzaqda olan oğullarına məktub yazması ilə bağlı rəvayətlər mövcuddur. Həmçinin Aristofan spartalı qadın şair Kleitaqoradan bəhs edir və İamblixos spartalı pifaqorçular arasında qadınların da adını çəkir ki, bu da bəzi qadınların yüksək savada malik olduğunu göstərir.

Spartalı qadınlar yalnız oxu-yazı deyil, həm də mousike adlanan sahəni öyrənirdilər. Bu anlayış musiqi ilə yanaşı rəqs və poeziyanı da əhatə edirdi. Tapılmış heykəlciklər qadınların musiqi alətlərində ifa etdiyini göstərir. Mousike spartalıların dini həyatında mühüm rol oynayırdı, xüsusilə Helen və Artemida kultları ilə bağlı mərasimlərdə.

Spartalı qızlar eyni yaş qruplarından ibarət xorlarda rəqs edir,bu qruplara adətən daha yaşlı bir qız (xor rəhbəri) başçılıq edir və peşəkar şair tərəfindən məşq etdirilirdi. Bu fəaliyyətlər vasitəsilə qızlara dini ayinlər və ictimai davranış qaydaları öyrədilirdi.

Rəqs həm də fiziki hazırlıq baxımından əhəmiyyətli idi. Aristofanın "Lisistrata" əsərində spartalı obraz Lampito öz fiziki formasını lakon rəqsi olan bibasis ilə əlaqələndirir. Bu rəqs sıçrayışlar və xüsusi hərəkətlərdən ibarət idi. Həm qadınlar, həm də kişilər arasında yarış şəklində keçirilirdi. Qızların bu rəqslər zamanı ifa etdikləri mahnılar isə onlara spartalı dəyərləri və cəmiyyət daxilindəki rollarını aşılamaq məqsədi daşıyırdı.

Atletika Qədim Yunanıstanın digər yerlərindən fərqli olaraq, Spartada subay qızlar müntəzəm olaraq idmanla məşğul olurdular. Spartalı qızlar üçün nəzərdə tutulmuş məşq proqramı onları "qardaşları qədər sağlam etmək" məqsədi daşıyırdı. Baxmayaraq ki, onlar qardaşları kimi döyüş üçün məşq etmirdilər. Ksenofonun "Spartalıların Konstitusiyası" əsərində qeyd olunur ki, Likurq qadınların da kişilər qədər məşq etməsini tələb edirdi və buna görə qadınlar üçün idman yarışları təşkil olunmuşdu.

Ən erkən mənbələr göstərir ki, Spartalı qızlar qaçış və güləşlə məşğul olurdular. Daha sonrakı mətnlər isə onları nizə və disk atmaq, boks və pankration kimi idman növləri ilə məşğul olarkən təsvir edir. Qızlar həmçinin at sürməyi də öyrənirdilər. Qızlar gymnopaedia festivalında, yəni Spartalı çılpaq gənclərin festivalında yarışa bilirdilər. Həmçinin müxtəlif festivallarda qaçış yarışlarında iştirak edirdilər; bunlardan ən nüfuzlu olanı Heraean Oyunları idi. Evləndikdən sonra Spartalı qadınların ehtimal ki, atletik fəaliyyətləri dayandırılırdı.

Spartada evlilik Sparta qadınları qədim Yunanıstanın digər bölgələrindəki qadınlarla müqayisədə daha gec evlənirdilər. Afinada qızlar çox vaxt təxminən 14 yaşlarında və yaşca daha böyük kişilərlə evləndiyi halda, Spartada qadınlar adətən 18-20 yaş arasında və özlərinə daha yaxın yaşda olan kişilərlə evlənirdilər. 30 yaşdan kiçik Spartan kişilərinə arvadları ilə birgə yaşamağa icazə verilmirdi. Onlar syssitia adlanan hərbi yemək qruplarında digər kişilərlə birlikdə yaşayırdılar. Bu səbəbdən qadınlar ev təsərrüfatlarını tək idarə edirdilər. Afinadan fərqli olaraq, burada dövlət ideologiyası kişiləri evin başçısı kimi görsə də, alim Sue Blundell Spartada qadınların ev daxilindəki hakimiyyətinin qəbul edildiyini və hətta dövlət tərəfindən təşviq oluna biləcəyini irəli sürür.

Sparta ideologiyasına görə qadınların əsas rolu sağlam və güclü uşaqlar dünyaya gətirmək və onları böyütmək idi. Bu səbəbdən qadınların fiziki hazırlığına xüsusi diqqət yetirilirdi, çünki güclü qadınların daha sağlam övlad dünyaya gətirəcəyinə inanılırdı.

Evliklik mərasimləri Spartada evlilik adətləri olduqca fərqli idi. Toy gecəsi gəlinin saçları qısa kəsilir və ona kişi paltarları- plaş və sandallar geyindirilirdi. Daha sonra o, qaranlıq bir otaqda tək qalırdı və bəy gəlib onu ritualla "qaçırırdı".

Analıq vəzifələri Sparta qadınları dövlətin hərbçilik və cəsarət ideologiyasını fəal şəkildə dəstəkləyirdilər. Plutarx bir qadının oğluna qalxanını verərkən ona belə dediyini yazır: "ya bununla qayıt, ya da bunun üstündə"- yəni ya qalib gəl, ya da öl, amma geri çəkilmə. thumb|Jean-Jacques-François Le Barbier Spartalı qadın oğluna qalxan verir. Spartada bütün qadınlar-təkcə varlılar yox-ev işlərini görmək üçün helot (asılı təbəqə) əməyindən istifadə edirdilər. Digər yunan şəhərlərində qadınların məşğul olduğu toxuculuq kimi işlər Spartada azad qadınlara uyğun hesab olunmurdu. Buna görə də Sparta qadınları daha çox idarəetmə, kənd təsərrüfatı və logistika kimi sahələrlə məşğul olurdular.

Spartanın qanunvericisi Lycurgus tərəfindən formalaşdırıldığı deyilən qanunlarda uşaq dünyaya gətirmənin əhəmiyyəti vurğulanırdı. Uşaq doğmaq və böyütmək Sparta qadınlarının əsas vəzifəsi hesab olunurdu və bu rol Sparta ordusundakı döyüşçülərin rolu ilə müqayisə edilirdi. Qadınlar çox sayda, xüsusilə oğlan uşaqları dünyaya gətirməyə təşviq olunurdular ki, hərbi əhali artsın. Onlar cəsur döyüşçülər yetişdirməklə fəxr edirdilər. Qorxaq oğullara sahib olmaq isə kədər və utanc səbəbi sayılırdı. Qədim müəllif Aelian qeyd edir ki, oğulları qorxaqlıq göstərərək ölən qadınlar yas tuturdular. Amma qəhrəmancasına həlak olan spartalıların anaları, məsələn, Levktra döyüşü zamanı ölənlər, ictimai yerlərdə qürurla görünürdülər.

Sparta qadınları yalnız oğullarının cəsarətlərini tərifləməklə kifayətlənmirdilər, eyni zamanda qorxaqlara qarşı sosial cəzanın tətbiqində mühüm rol oynayırdılar. Plutarx "Sparta qadınlarının sözləri" əsərində bəzi anaların qorxaq oğullarını özlərinin öldürdüyünü qeyd edir. Bu da Spartada cəsarətin nə qədər ciddi qəbul edildiyini göstərir.

İstinadlar

Biblioqrafiya

Xarici keçidlər Sayings of Spartan Women (Lacaenarum Apophthegmata) from Plutarch's Moralia, trans. Frank Cole Babbitt Alcman's Partheneion , trans. Gregory Nagy

Kateqoriya:Sparta Kateqoriya:Qədim Yunanıstanda qadın Kateqoriya:Sparta mədəniyyəti Kateqoriya:Qədim Sparta qadınları