Hörümçək-adam: Tamamilə yeni gün — Marvel Komiks personajı Hörümçək-adam haqqında yazılmış Amerika superqəhrəman filmidir. Columbia Pictures, Marvel Studios və Pascal Pictures tərəfindən istehsal olunan və Sony Pictures Releasing tərəfindən yayımlanan bu film, Marvel Kinematoqrafiya Kainatında (MKK) 38-ci film və MKK Hörümçək Adam film seriyasında "Hörümçək Adam: Evə yol yoxdur" (2021) filmindən sonra dördüncü filmdir. Filmin rejissoru Destin Daniel Kretton, ssenari müəllifləri Kris MakKenna və Erik Sommersdir. Film personajları Tom Holland, Zendaya, Sadie Sink, Ceykob Batalon, Con Berntal, Tramell Tillman, Maykl Mando və Mark Ruffalo tərəfindən canlandırılır. Filmdə Parker superqəhrəman olduğunu kimsəyə bəlli etmədən Nyu-York şəhərini qəhrəman Hörümçək Adam kimi qoruyur və onun supergücləri təəccüblü və mümkündür ki təhlükəli bir təkamül keçirərkən o, güclü yeni təhlükəli bir hədəfini araşdırır.

"Hörümçək-adam: Tamamilə yeni gün" filminin ABŞ-də Marvel Kinematoqrafiya Kainatının altıncı mərhələsinin bir hissəsi olaraq 31 iyul 2026-cı ildə yayımlanması planlaşdırılır.

Filmin qısa izahı "Hörümçək Adam: Evə Qayıtmaq Yoxdur" (2021) filminin sonunda Doktor Stefen Streyngin etdiyi sehr nəticəsində dünya Piter Parkerin mövcudluğunu unudur. Dörd il sonra, Parker kimliyini bəlli etmədən Nyu-York şəhərini qəhrəman Hörümçək-adam kimi qoruyur və supergücləri potensial təhlükə ilə dolu bir təkamül keçirərkən o, güclü yeni təhlükəli bir hədəfini araşdırır.

İstehsalı Sedi Sink 2025-ci ilin martında adı açıqlanmayan bir rol üçün "Hörümçək-adam: Yeni gün" filminə seçilmişdir. Mətbuatdakı dedi-qodulara görə bu rol İks-adam Cin Qreydir. 2025-ci ilin avqustunda Mark Rufalonun "Hörümçək-adam: Yeni gün" filmində çəkiləcəyi təsdiqlənmişdir. Tom Holland Halk və Hörümçək-adam arasında "böyük qardaş—balaca qardaş" münasibətinin olmasını istədiyini demişdir.

Həmçinin bax 2026-cı ilin ABŞ filmlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Spider-Man: Brand New Day at Marvel.com Kateqoriya:Superqəhrəman krossover filmləri Kateqoriya:Hörümçək-adam filmləri Kateqoriya:Hörümçək-adam (filmlər seriyası, 2017) Kateqoriya:Marvel Studios filmləri Kateqoriya:Qlazqoda çəkilmiş filmlər Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:2028-ci il haqqında filmlər Kateqoriya:Maykl Cakkinonun bəstəkarı olduğu filmlər Kateqoriya:Avi Aradın prodüseri olduğu filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:2020-ci illərin superqəhrəman filmləri Kateqoriya:Avtomatik ölçülü çoxsaylı şəkil istifadə edən səhifələr Kateqoriya:Gələcək filmlər Kateqoriya:2026-cı ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:2026-cı ilin ingilis dilli filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər