Uels tazısı — Uelsə məxsus olan və tazı tipli bir ov iti cinsi.
Tarix Britaniya adalarının yerli cinsidir. Orta əsrlərdən 20-ci əsrin əvvəllərinə qədər Uels cəmiyyətində xüsusi yer tutan bardlar, tez-tez fərdi itlərin adlarını çəkərək və onların keyfiyyətlərini tərifləyərək, tazılara ithaf olunan odalar (lirik şeirlər) oxuyurdular. "Hyuel Dda" hökmranlığı dövründə (942-948-ci illər) kodlaşdırılmış Uels qanunlarına görə, təlim keçmiş Uels tazısının dəyəri 240 peni, təlimsiz olanın isə 120 peni idi. Müqayisə üçün, sağlam bir yük atı da eyni dövrdə 120 peni dəyərində qiymətləndirilirdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tazılar