Yorkşir teryeri — Böyük Britaniya mənşəli kiçik dekorativ it cinsi. Həmçinin "Yorki" kimi tanınır.
Tarix Yorkşir Teryeri, Yorkşir qraflığında yaranmışdır. 19-cu əsrin ortalarında Şotlandiyadan iş axtarışı üçün Yorkşirə gələn işçilər yanlarında müxtəlif teryer növlərini də gətirmişdilər. Yorkşir Teryerinin yetişdirilməsi əsasən Yorkşir və Lanqaşir qraflıqlarında pambıq və yun fabriklərində çalışan işçilər tərəfindən həyata keçirilmişdir.P. H. Combs in The American Book of the Dog, pg 443, edited by G. O. Shields, Rand, McNally & Company, Publishers, Chicago and New York 1891 no ISBN 1800-cü illərdə, siçovul ovu üçün bir teryer yetişdirmək istəyən mədənçilər, "Black-and-Tan" Teryerlərini, "Paisley" və "Clydesdale" Teryerləri ilə cütləşdirdilər. Cinsin yaranmasında iki fərqli itin rolu olmuşdur. Bunlar "Old Crab" adlı erkək və "Kitty" adlı dişi itlər idi.1885 article by Ed. Bootman of Halifax, England was printed in The Stock-Keeper, detailing the breed's origins, discussed pg 441-442 The American Book of the Dog, edited by G. O. Shields, Rand, McNally & Company, Publishers, Chicago and New York 1891 no ISBN "Paisley" Teryeri, uzun və ipək kimi tükləri ilə tanınan "Skye" Teryerinin kiçik bir versiyası idi və bu cins də erkən Yorkşir Teryerlərinin yetişdirilməsində istifadə edilmişdir. Bəzi mütəxəssislər, Malta itinin də bu prosesdə iştirak etdiyini düşünür.British dogs, their points, selection, and show preparation, by William D. Drury, pg 582 published 1903, L. Upcott Gill, London, and Charles Scribner's Sons, New York (no ISBN) Quote: "I think the Yorkshire gets the softness and length of coat due to Maltese blood". Yorkşir Teryerləri ilk dəfə "Kobud və Qırıq Tüklü Şotland və Yorkşir Teryerləri" kateqoriyasında nümayiş etdirilmişdir. 1878-ci ildə Huc Dalzel yazırdı ki, "Bu itlərin şoularda və Kennel Klubun şəcərə kitabında təsnifatı qarışıq və absurddu."quoted in The dogs of the British Islands, by John Henry Walsh, The Field, publisher, 1878, Third Edition, pg 213 Erkən dövrdə, "uzun tüklü, bədəndə mavi, baş və ayaqlarda qəhvəyi və ya gümüşü rəngli, quyruğu kəsilmiş və qulaqları kəsilmiş demək olar ki, hər hansı bir teryer, Yorkşir Teryeri kimi qəbul edilir və heyranlıqla qarşılanırdı." Lakin 1860-cı illərin sonlarında, Yorkşirdə yaşayan Meri Ann Fosterin mülkiyyətində olan "Huddersfield Ben" adlı məşhur "Paisley" tipli Yorkşir Teryeri, Böyük Britaniya boyu keçirilən it şoularında iştirak edərək cinsin standartını müəyyən etdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Teryerlər