Xiaomi Mi Smart Band 5 — Xiaomi şirkəti tərəfindən istehsal olunan ağıllı qolbaqdır. Bu cihaz 18 iyun 2020-ci ildə Çində satışa buraxılmışdır. Qlobal versiyası "Mi Smart Band 5" adı ilə 15 iyul 2020-ci ildə təqdim olunmuş, Hindistanda isə 29 sentyabr 2020-ci ildə satışa çıxarılmışdır. right|220px Xiaomi-nin məlumatına görə, bu modeldəki PPG sensoru əvvəlki nəsillə müqayisədə 50% daha dəqiq nəticələr verir. Cihaz maqnitli baza vasitəsilə şarj olunur ki, bu da əvvəlki modellərlə müqayisədə daha rahat istifadə imkanı yaradır.

Xüsusiyyətləri Ekran: 1.1 düym (2.72 sm) AMOLED, tam rəngli toxunma ekran Prosessor: Dialog DA14697 (Arm Cortex M33) Rəng dərinliyi: 16-bit Ekran parlaqlığı: 450 nit-ə qədər Ekran çözünürlüğü: 126x294 Düymə: Tək toxunma düyməsi (oyatmaq və geri qayıtmaq üçün) Bağlantı: Bluetooth 5.0 BLE, bəzi modellərdə NFC mövcuddur Operativ yaddaş (RAM): 512 KB Daxili yaddaş: 16 MB Batareya: LiPo, 125 mAh

Həmçinin bax Xiaomi Xiaomi Mi Band Xiaomi Mi Band 2 Xiaomi Mi Band 3 Xiaomi Mi Smart Band 4

İstinadlar

Kateqoriya:Xiaomi Kateqoriya:2020-ci ildə tanıdılan məhsullar