Əlişanzadə İsmail Haqqı Əldəm (; ) — Osmanlı imperiyasının son dövr tanınmış memuarçısı və tərcüməçisi. Həyatı İsmail bəy 1871-ci ilin fevralında İstanbulda anadan olub.Çankaya, s. 410-412 Atası Topxanə-yi Əmirədə katib işləyən Cavid bəy, anası isə Fatma xanım idi. Fevziyə Rüşdiyəni bitirdikdən sonra Məktəb-i Mülküyəyə daxil olur və 1889-cu ildə oranı bitirir. 1891-ci ildə Xarici İşlər Nazirliyinin Konsulluq İşləri şöbəsində üçüncü katib vəzifəsində işləməyə başlayıb. Fəaliyyəti ilə diqqət mərkəzində olmuş İsmail bəy, 1895 və 1897-ci illərdədə müxtəlif vəzifələrə təyin edilmiş, 1899-cu ildə müdir köməkçisi, 1908-ci ildə isə müdir olub.Çankaya, s. 410-412
İkinci Məşrutiyyətdən sonra xaricdə vəzifələr icra etməyə başladı. O, 1908-ci ildə Marselə, 1918-ci ildə isə Münhenə baş konsul təyin edilib. 1919-cu ildə Kürəkən Fərid Paşanın ikinci hökuməti dövründə konsulluqdan uzaqlaşdırılaraq ölkəsinə qayıtdı. 1925-ci ildə öz istəyi ilə Xarici İşlər Nazirliyindən təqaüdə çıxdı. Bir müddət Üsküdar və Kadıköy Su Şirkətində səlahiyyətli nümayəndə vəzifəsində də çalışıb. 1938-ci ildə şirkətin İstanbul Bələdiyyəsinə təhvil verilməsi ilə bağlı bəzi işləri həyata keçirib. İsmail Haqqı Əldəm 13 mart 1944-cü ildə İstanbulda vəfat etmiş və Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir.
"Dəli Corci” ləqəbli İbrahim Ədhəm Paşanın nəvəsi və məşhur rəssam Osman Həmdi bəyin qardaşı qızı Əzizə xanımla ailə quran İsmayıl Haqqı Əldəmin bu evlilikdən Sədi, Sədat (Haqqı Əldəm), Vədat və Qalibə adlı 4 övladı olub. Sədi Əldəm atası kimi Xarici İşlər naziri olarkən, Sədat Haqqı Əldəm Cümhuriyyət dövrünün ən önəmli memarlarından biri olub. Qızı Qalibə isə Fəthi Okyarla ailə həyatı qurub.
Fəaliyyəti İsmail Haqqı ilk ədəbi fəaliyyətinə hələ Məktəb-i Mülküyədə tələbə olarkən 1886-cı ildə başlamışdır. Məqalələri "Nəhl-i Əməl" ("Ülkü fidan") jurnalında, "Məktəb" jurnalında şeirləri, ədəbi icmalları, tərcümələri və müxtəlif mövzularda məqalələri dərc olunmuşdur. O, 1891-1894-cü illərdə jurnalın baş redaktoru vəzifəsində də çalışıb.Okay, age s.20 Jurnal onun sayəsində "Sərvət-i Fünunçular"ın ədəbi məclisinə çevrildi.Uşaklıgil, age s. 11-14 Jurnal, Xalid Ziya Uşaqlıgil, Mehmed Rauf, Nəcib Asım Yazıqsız, Cənab Şahabetdin, Hüseyin Sirət, Vələt Çələbi kimi ziyalıların dəstəyini almışdır. İsmail Haqqı Əldəm 1891-ci ildə şeir, memuarlar və icmal kitablarını nəşr etdirmiş, 1895-ci ildən isə tərcümə i.lərinə daha çox diqqət yetirmişdir. O, Qərb ədəbiyyatının tanınmış simalarının əsərlərini tərcümə etmişdir.Okay, age s.20
Əsərləri Təracim-i Məşəhir Müntəxəbatı, 1891-ci ildə İbrahim Fəhimlə birlikdə yazdığı kitabda fransızcadan türk dilinə edilən tərcümələr orijinalları ilə müqayisə edilərək, tərcümələri yüksək qiymətləndirilmişdir..Okay, age s.20 On dördüncü əsrin türk yazarları, 1892-1895-ci illər arasında nəşr olunan 4 kitabdan ibarət seriya hicri təqviminə əsasən adlandırılmışdır; əslində XIX əsr türk yazarları nəzərdə tutulub. Əhməd Midhət Əfəndi, Rəcayizadə Mahmud Əkrəm, Cövdət Paşa və Şəmsəddin Saminin xatirələrindən ibarətdir. Birinci cildin əvvəlində romanla bağlı araşdırma, dördüncü cildin əvvəlində isə teatrla bağlı araşdırma yer alıb.Okay, age s.20 Müasir şairlərimiz Nəbizadə Nazim, Əli Ruhi, Emin Hümayi və Müəllim Cudi kimi çağdaş şairlərin tanıdıldığı və şeirləri araşdırılan kitab.Okay, age s.20 Osmanlı Məşahir Üdəbası 1895-ci ildə yazılan silsiləli nəşri düşünülən kitabın birinci cildi müəllim Nacinin monoqrafiyasıdır; lakin, ardı nəşr edilmədi.Okay, age s.20-21 Sevdayi Xəzan yaxud Kədər1892-ci ildə nəşr olunan və daha əvvəl "Məktəb" jurnalında nəşr olunan bəzi tərcümə şeirləri və şeirlərinin toplusu olan kitab onun ilk və son şeir kitabıdır.Okay, age s.21
İsmail Haqqının 1895-ci ildən sonra nəşr olunan tərcümə əsərləri bunlardır: Ələm çiçəkləri (Duyğuların çiçəkləri) (1927), İki həqiqət (1894), Rəfael (1896), Bədbəxt (1898).
İstinadlar
Mənbə
Kateqoriya:XX əsr Türkiyə yazıçıları