250px|thumb|right| Çex Respublikasının gerbi Çexiyada insan hüquqları — Çexiya Respublikasında əsas insan hüquqları və azadlıqları. Çexiyada ümumən insan haqları adekvat hesab olunur, lakin buna baxmayaraq bəzi problemlər qalmaqdadır. Son illər Çexiya insan hüquqlarının müdafiəsi və qorunması sahəsində mühüm nailiyyətlər əldə edib. Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (Aİ) kimi beynəlxalq təşkilatların üzvü olan dövlət kimi, dövlətin insan hüquqlarına zəmanət verməsini tələb edən bir sıra müqavilələri imzalayır. Buna baxmayaraq, qadınlara qarşı zorakılıq və qaraçılar və LGBTQI icmasının üzvləri kimi həssas qruplara qarşı ayrı-seçkilik daxil olmaqla, hələ də davam edən insan hüquqları problemləri var."Report on the Foreign Policy of the Czech Republic 2010". Ministerstvo zahraničních věcí České republiky. p. 136
Tarixi Çexiya konstitusiyası 1993-cü ildə ölkənin Slovakiya ilə ayrılmasından sonra qəbul edilib. Konstitusiya Çex Respublikasında azadlıq və insan hüquqlarını təmin edən əsas çərçivədir. Bunlara ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı daxildir. Konstitusiya, xüsusilə, bərabərlik anlayışını müəyyən edən nizamnamənin bir bölməsi olan Əsas Hüquqlar və Azadlıqlar haqqında Çex Xartiyası vasitəsilə ayrı-seçkiliyin qadağan olunmasını açıq şəkildə ifadə edir. Cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarını təmin edən 3(1) maddəsində gender əsasında ayrı-seçkilik qadağandır. Bərabərliyə sadiqlik həm də Çexiyanın Avropa Birliyinə daxil olmasının əsas şərtidir."Gender Mainstreaming Approach — Czech Republic". eige.europa.eu. 2024-03-08.https://eige.europa.eu/gender-mainstreaming/countries/czechia?language_content_entity=en 2010-cu ilə qədər ölkə BMT İnsan Hüquqları Şurasının Universal Dövri İcmalında yüksək nüfuzunu qoruyub saxlayıb.
Ayrı-seçkilik
Qaraçılar 250px|thumb|right|Çexiyada insan hüquqlarının təsbit edildiyi konstutusiyanın əsas maddələr Çexiyada qaraçılara qarşı ayrı-seçkilik tarixi var. 1993-cü ildən 2017-ci ilə qədər o, Çexiya məktəblərində xüsusən də yüngül əqli qüsuru olan qaraçı uşaqlarına qarşı seqreqasiya siyasəti həyata keçirilib. Bu müddət ərzində ölkənin bu azlıq qrupunun irqi bərabərliyi ilə bağlı beynəlxalq normanı texniki hüquqi şəkildə pozduğu bildirilir. Burada insan hüquqlarını və bərabərliyini pozan incə hüquqi prosedurlar həyata keçirilir.Buzas, Zoltan (2021). Evading International Norms: Race and Rights in the Shadow of Legality. University of Pennsylvania Press. p. 6.
Rusiyanın Ukraynaya hücumundan sonra Çexiya Avropa Birliyində ukraynalı qaçqınların sayına görə üçüncü yerdədir. 2022-ci ilin oktyabrına qədər bu rəqəm 453.725-ə çatıb və hələ də artmaqdadır."Human rights in Czech Republic". Amnesty International. https://www.amnesty.org/en/location/europe-and-central-asia/czech-republic/report-czech-republic/ Qaçqınlar arasında qaraçı etnik qrupuna mənsub olanlar da olub. "Amnesty International"a görə, yüzlərlə qaraçı ayrı-seçkiliyə, o cümlədən Hüquqların İctimai Müdafiəçisi ofisi tərəfindən diskriminasiyaya məruz qalıb. Qaraçıların digərlərinə nisbətən daha çox gözləməyə məcbur edildiyi iddia edilir. Həmçinin qaraçıların bir neçə həftə ərzində yardımdan məhrum edildiyi, digər qaçqınlardan təcrid olunduğu və qeyri-standart şəraitdə yaşamağa məcbur edildiyi barədə məlumatlar da var mövcuddur.Blum, Mollie and Fellow, Max Kampelman (2023). "Ukrainian Roma Refugees Face Discrimination Throughout Europe". Commission on Security and Cooperation in Europe. https://www.csce.gov/articles/ukrainian-roma-refugees-face-discrimination-throughout-europe-2/#:~:text=Often%20Roma%20were%20segregated%20from,the%20protection%20of%20their%20culture .
Qadınlar və uşaqlar Çexiya qanunvericilik bazası qadınların siyasi prosesdə iştirak etmək azadlığını da əhatə edən hüquqlarını təmin edir. Bununla belə, məlum olub ki, qadınların seçkili orqanlarda iştirakı kişilərlə müqayisədə aşağı olaraq qalır."Czech Republic". United States Department of State. Birləşmiş Millətlər Təşkilatının istinad etdiyi ekspertlər qeyd ediblər ki, Çexiya cəmiyyətindəki struktur nümunələri təkcə qadınların statusunu müəyyən etmir, həm də ona mane ola bilər."Women's Anti-Discrimination Committee Begins Consideration of Czech Republic's Initial Report". United Nations Human Rights Office of the High Commissioner. 1998.https://www.ohchr.org/en/press-releases/2009/10/womens-anti-discrimination-committee-begins-consideration-czech-republics
Çex qadınlarına qarşı zorakılıq da mühüm insan hüquqları problemi olaraq qalır. 2021-ci ildə Avropa Gender Bərabərliyi İnstitutu (EIGE) bildirib ki, qadınların 44%-i son beş ildə təcavüzə məruz qalıb və fiziki və ya cinsi zorakılığa məruz qaldığını bildirənlərin təxminən 25%-i bunu evdə yaşayıb."Violence in Czechia in 2021". EIGE. 2021. https://eige.europa.eu/gender-equality-index/2021/domain/violence/CZ ABŞ Dövlət Departamenti qeyd edib ki, bəzi qaraçı qadınların səhiyyə və reproduktiv sağlamlıq xidmətlərinə müraciət edərkən maneələrlə üzləşdiyini bildirən müşahidəçilər var.
Həmçinin qeyd olunur ki, ukraynalı qaçqınların əksəriyyəti qadınlar və uşaqlardır, qaçqın əhalinin müvafiq olaraq 47%-ni və 33%-ni təşkil edir. Avropa İttifaqının siyasəti ilə Çexiya qaçqınlar Ukraynaya qayıdana qədər müvəqqəti qoruma statusunun uzadılmasını öhdəsinə götürüb.Zachova, Aneta 2023. "Czechia cuts benefits for Ukrainian refugees, saves money." Euractiv.cz. https://www.euractiv.com/section/politics/news/czechia-cuts-benefits-for-ukrainian-refugees-saves-money/ Çex əhalisinin əksəriyyəti qaçqınları qəbul etməyi dəstəkləsə də, bu müdafiə statusu maliyyə yardımının azaldılmasına səbəb olub. UNHR həmçinin qeyd edib ki, qaçqınlarla bağlı digər təcrübələrdə olduğu kimi, Çexiyaya qaçan qadınlar istismar və sui-istifadə kimi çətinliklərlə daha çox üzləşirlər."CoE/UNHCR roundtable in the Czech Republic: Effective protection of migrants and refugees in a vulnerable situation, including women and children fleeing Ukraine". Council of Europe. 2023.
Çexiyada uşaq hüquqlarının pozulması 2017-ci ildə Beynəlxalq Hüquqşünaslar Komissiyasının (ICJ) Avropa Sosial Hüquqlar Şurasına dövlətə qarşı şikayət verməsi ilə diqqət çəkib."Czech Republic: ICJ and Forum for Human Rights celebrate landmark European Committee decision upholding procedural rights for children". ICJ. 2021. Şikayətdə göstərilirdi ki, Çexiya uşaq ədliyyə sistemində məhkəmə prosesləri ilə üzləşən 15 yaşınadək uşaqların hüquqlarını pozur. Komitə müəyyən edib ki, Çexiya 1961-ci il Avropa Sosial Xartiyasının 17-ci maddəsinə əsasən uşaqların müdafiəsini təmin etmədiyinə görə uşaqların hüquqlarını pozub.
LGBTQ 250px|thumb|right|Çexiya Ali məhkəməsinin binası Qeyri-hökumət təşkilatları Çexiyada təcavüz və homofobiya halları barədə geniş məlumatlara malikdirlər. 2022-ci ilə qədər şifahi və fiziki hücumlar da daxil olmaqla, nifrət cinayətləri ilə bağlı bildirilmiş halların sayı artıb. Həmin ilin avqustunda Praqa Qürur yürüşü anonim bomba təhlükəsi ilə ləğv edilib. Homofobik şüarlar səsləndirən nümayişçilər bir il sonra Praqa Qürur paradını da pozublar.
Dövlət sui-istifadələri 2021-ci ildə bir qaraçının ölümünü araşdıran ombudsman müəyyən etdi ki, təhlükəsizlik qüvvələri qurbanla rəftarda bir sıra pozuntulara yol verib. Pozuntular arasında o, cümlədən müvafiq tibbi yardım göstərə biləcək gecikmiş reaksiya da olub. Eyni ildə ABŞ Dövlət Departamentinin hesabatında qeyd olunub ki, işgəncə və respublikada məcburi yoxa çıxma halları qeydə alınmayıb. Cəzasızlıq da ölkə üçün ciddi problem deyil.
İnsan hüquqlarına təsir edən bürokratiyadakı problemlərə korrupsiya da daxildir. Məsələn, Praqada Ali Məhkəmənin hakimi İvan Elişer narkotik məhkəmələrində cəzaların azaldılması və qisas məqsədilə cəzaların artırılması müqabilində rüşvət almaqda təqsirli bilinib. Digər məsələlərə alçaldıcı məlumatların axtarışı üçün hökumət məlumat bazalarından icazəsiz istifadə, eləcə də ödəniş mübadiləsi zamanı məlumat sızması daxildir.
İstinadlar
Xarici keçidlər Travaux d'Amnesty International en République Tchèque
Kateqoriya:Ölkələrinə görə insan hüquqları