Çapski Sarayı (pol. Pałac Czapskich) — Varşavanın mərkəzində, Krakovedski 5 ünvanında yerləşən saray kompleksidir. Polşanın paytaxtında rokoko memarlığının ən görkəmli nümunələrindən biri hesab olunur. Hazırda sarayda Rəssamlıq Akademiyası yerləşir. Tarixi Saray XVII-ci əsrin sonlarında təxminən 1680-cı illərdə Krasinski ailəsi üçün tikilmişdir. There is another palace in Warsaw that is called «Krasiński Palace.» There are also two palaces in Warsaw that are called «Radziwiłł Palace.» Zamanla bir neçə dəfə yenidən qurulmuş, klassisizm üslubunda əlavələr edilmişdir. XIX-cu əsrdə saray Çapski ailəsinin mülkiyyətinə keçmiş və bu adla tanınmışdır. Çapski sarayı əsrlər boyu müxtəlif məqsədlərlə istifadə olunmuşdur. Aristokrat ailələrinin yaşayış evi olmuşdur. XIX-cu əsrdə burada Varşava İncəsənət Akademiyası yerləşirdi. Yan Mateyko kimi məşhur rəssam burada dərs deyib. Məşhur polyak bəstəkarı Frederix Şopen 1817-1827-ci illərdə ailəsi ilə birlikdə bu sarayda yaşamışdır.

Saray İkinci Dünya Müharibəsi zamanı dağıdılmış, lakin müharibədən sonra əvvəlki memarlıq görünüşü qorunaraq bərpa edilmişdir. Saray 1939-cu ildə alman artilleriyası tərəfindən vurulduqdan sonra, bir çox qiymətli kitabların və rəsm əsərlərinin yandığı güman edilir. Bina 1948-1959 cu illərdə Stanislav Brukalskinin layihəsinə əsasən bərpa olunub. Bərpa işləri sarayın orijinal barokko elementlərini mümkün qədər saxlamağa çalışmışdır.

Hal-hazırda Bu gün Çapski sarayı Varşava İncəsənət Universitetinin tərkibində fəaliyyət göstərir. Burada sənət fakultələri, sərgi salonları və inzibati otaqlar yerləşir.

İstinadlar