Qubadlı döyüşü və ya Qubadlı uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Qubadlı rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 25-də başladılan hərbi əməliyyatlar.
Arxa plan Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.
Nəticə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi. İşğaldan azad edilən yaşayış məntəqələri:
Şəhər: Qubadlı şəhəri (25.10); Kəndlər: Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı (23.10); Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq (26.10); Əbilcə, Qiyaslı və Qilican (28.10); Kavdadıq, Məmər və Mollalı (30.10); İşıqlı, Milanlı və Muradxanlı (02.11); Başarat, Qaracallı və Qarakişilər (04.11); Balasoltanlı, Mərdanlı və Qəzyan (07.11); Aşağı Mollu, Yuxarı Mollu və Xocik (09.11); Ballıqaya, Boyunəkər, Çərəli, Hal, Həmzəli, Mahruzlu, Qaraimanlı, Qaraqoyunlu, Tinli, Ulaşlı, Xəndək və Xocahan (09.11);
İstinadlar
* Kateqoriya:2020-ci ildə Azərbaycan Kateqoriya:2020-ci ildə Ermənistan Kateqoriya:İkinci Qarabağ müharibəsinin əməliyyat və döyüşləri