Türkiyə çərkəzləri ya da Türkiyədəki çərkəzlər (çərkəzcə:Тыркуе aдыгэхэр) — XIX əsrdə Çərkəz bölgəsinin Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra başladılan Çərkəz sürgünü adlı etnik təmizləmə hərəkatında Şimali Qafqazdan Osmanlı imperiyası torpaqlarına gələn çərkəzlərin daha sonra yaradılan Türkiyə sərhədləri daxilində qalan qismidir.KONDA Research and Consultancy, Social Structure Survey 2006 Heinz Kloss & Grant McConnel, Linguistic composition of the nations of the world, vol,5, Europe and USSR, Québec, Presses de l'Université Laval, 1984, .
Haqqında Türkiyədəki çərkəzlərin dəqiq sayı bilinməməkdədir. Bir çox etnik çərkəz çərkəz dilini bilmir və özünü sadəcə türk olaraq təqdim edir.
Türkiyədəki çərkəzlər içində dillərini ən yaxşı qoruyan qrup əsasən Kayseri və Sivasa bağlı kəndlər olan Uzunyayla ilə Maraş-Göksun ilçəsində yaşayan kabardeylərdir. TRT-3 televiziya kanalında dövlət tərəfindən yayımlanan ilk çərkəz dili də bu kəndin sakinlərinin danışdığı şərq çərkəzcəsidir.
Çərkəz adı Qafqazda çərkəzcə danışan ləhcə qrupunun qərb çərkəzcəsi və şərq çərkəzcəsi olmaqla iki qolunu təşkil edən şimali qafqazlıları təmsil edərkən, Türkiyədə (və keçmiş Osmanlı coğrafiyasında) isə bunlardan əlavə, abazalar, çeçenlər, abxazlar, osetinlər, qaraçaylılar və balkarlar kimi fərqli dil ailələrindən olan toplumları da bildirmək üçün istifadə edilir.
Boyları Türkiyədəki bütün Çərkəz boyları İstanbulda da yaşasa da, Anadoluda çoxluq formada yaşadıqları bölgələr bunlardır: Abadzexlər — Sinop, Tokat, Balıkesir, Sakarya (Akyazı ilçəsi) Şapsuqlar — Samsun, Balıkesir, Bolu, Aydın, Sakarya, Bursa Ubıxlar — Balıkesir, Bolu, Sakarya, Samsun, Ordu Bjeduğlar — Çanaqqala (Biqa ilçəsi ətrafı) Hatukaylar — Kayseri, Bileçik Çemguylar — Düzcə Mahoşlar — Samsun (Alaçam ilçəsi) Kabardalılar — Kayseri, Tokat, Sivas, Qəhrəmanmaraş Besleneyler — Çorum, Amasiya
Demoqrafiya + Türkiyədə çərkəzdilli əhaliFuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000YearAna dili kimiİkinci dil kimiÜmumiTürkiyə əhalisiFaiz nisbəti192795,901095,90113,629,4880.70193591,97214,703106,67516,157,4500.66194566,6919,77976,47018,790,1740.41195075,837075,83720,947,1880.36195577,61122,861100,40724,064,7630.42196063,13765,061128,19827,754,8200.46196558,33948,621106,96031,391,4210.34 1965-ci il siyahıyaalmasına görə, çərkəz dilini ana dili kimi danışanlar faiz nisbəti ilə ən çox Kayseridə olmuşdur. Onlar burada ümumi əhalinin 3.2 faizini təşkil etmişdir. Sonrakı yerlərdə 1.2 faiz göstərici ilə Tokat, 1.0 faizlik göstərici ilə Qəhrəmanmaraş gəlmişdir.
Əxlat çərkəzləri Türkiyənin ən şərqindəki Çərkəz diasporu Əxlatda yaşayır. Şapsuq çərkəzlərindən olan Əxlat çərkəzlərinin əvvəldən 8–9 əddə olan kənd sayı hal-hazırda birə düşmüşdür. Bu kənd Adilcevazda yerləşir. Buradakı çərkəzlərin çoxu Əxlatın mərkəzində yaşamaqdadır.
Dərnək Türkiyə çərkəzlərinin ən böyük dərnək strukturu olan Qafqaz Dərnəkləri Federasiyası eyni zamanda Dünya Çərkəz Birliyi təşkilatının qurucu üzvüdür.
Həmçinin bax İraq çərkəzləri Adıqlar Çərkəz soyqırımı
İstinadlar
Kateqoriya:Etnik qruplar Kateqoriya:Diasporlar Kateqoriya:Türkiyə çərkəzləri Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar Kateqoriya:Qafqaz tarixi