Çemguylar, Ç’emguylar, K’emguylar, Kemguylar, Kemırgueyler, Kemirguveyler və ya Temirgoylar (qərb çərkəzcəsi:кIэмгуй, чIэмгуй, şərq çərkəzcəsi:кӀэмыгуейхэр, кӀэмыгуехэр, rusca:темиргоевцы, кемиргоевцы) — Rusiyaya bağlı Adıge Respublikası ilə Türkiyədə yaşayan qərb çərkəzlərindən olan bir çərkəz boyu. Çemguylara şapsuqlar "Kemguy", kabardalılar "Kemırguey", ruslar "Temirqoy" deyir. Sayları Qafqazda çoxdur, diasporadakı ən kiçik çərkəz topluluğudur. Şapsuqlar, hakuçlar, abadzexlər kimi qərb çərkəzlərində bəy (pşi) zadəgan sinfi olmaz ikən, bjeduğlarda olduğu kimi çemguylarda da bu siniflər görülür. Çemguyların tarixi torpaqları bjeduğların şərqində və Katukay ilə Kuban arasındakı Laba və Belaia çayları arasındadır.
Haqqında Adıge Respublikasındakı qərb çərkəzcəsi yazı dili çemguyların ləhcəsi əsas alınaraq yaradılmışdır.
Üç qrupdan meydana gəlirlər:
Kuban çayına doğru Ademıylar (Adameylər) Cıraki və Ratazay cıvarında Yecerukay (Yegerkoylar) Kiraylar
Tarixləri Çemguylar çərkəzlərin ən güclü və ən varlı tayfalarından biri olmuşdurlar. Mənbələrdə qeyd olunur ki, Çemguy tayfası qonşuluqda yaşayan digər tayfalarla müqayisədə çox varlı olmuşdurlar. Onlar həm xırdabuynuzlu mal-qara təsərrüfatı ilə, həmçinin də əkinçiliklə məşğul olmuş, müxtəlif kənd təsərrüfatı malları və sex məmulatlarının istehsalı ilə ətraf ərazilərdə tanınmışdırlar. Çemguyların daxilində bir neçə güclü ailələr və ya nəsillər var idi. Bunlardan ən güclüsü isə Bolotoko ailəsi idi. Bu ailə çemguyları, yegerukoları və mamheg tayfalarını idarə edirdi. Yerli xalqlarla Rusiya imperiyası arasında baş vermiş Qafqaz müharibəsindən sonra bir çox Çemguy öz doğma yurdunu tərk etdi və əksərən Türkiyəyə köçdü.
Dünyadakı çemguyların əksəriyyəti diasporada və Adıge Respublikası ərazisində yaşayırlar.
Tarixi torpaqları Kuban çayı ilə Laba və Şagvaşe çayları arasındakı bölgədə yaşayırlar. Çemguyların yaşadıqları bölgə şimaldan Kuban, şərqdən besleneylər, qərbdən bjeduğlar, cənubdan isə abadzexlərlə əhatələnmişdir.
Sülalələr Tarix boyunca çemguylar içərisindən çıxmış müxtəlif sülalər:
ÇərkəzcəTranskripsiyaRusca БолэтыкъуBoletıɋБолоток БыщтэBışteБиште ДадыхъужъDadıĥuĵ Делэкъу DéleɋДелок ДидыхъуDidıȟ ДэгужъыекъуDeguĵıyeɋ ДэгужъыйDeguĵıyДегужий ЖъорэмыкъуĴoremıɋЖаримок ЗаурымыкъуZawurımıɋЗауримук КъаитмэсQayitmesКаитмес Къэрэхъу / КъэрэхъукъоQareȟ / QereĥuqoКароховы ЛIыупкъоŁıwpqoТлиупко МатMatМат МэхъошMeĥoşМахош ПакIэкъуPaḉeɋПачок ПщыкъанокъуэPşıqanoɋe ХьабкирHabkirХабакир ХьакIэмызHaḉemızХачемиз ХьатыкъуHatıɋХатук ХьахъущэкъуHaĥuşeɋХахушок ХьэпакӀ = ХьэпащӀэHepaḉ / Hepaş'eХапачевы ЦунтIыжъÇunṫıĵЧунтыж ШъаоṨawoШао ШъаукъуṨawɋШаук ШыкуŞıķШико
Adıgey Çemguy kəndləri Adıge Respublikasındakı Çemguy kəndləri:
ÇerkesçeTranskripsiyonRusça Еджэрыкъуай YecerıɋayЕгерухай ХьакӀэмзый HaḉemzıyХачемзий Адэмый AdemıyАдамий Джамбэчый CambeçıyДжамбичи Хьатикъуай HatiɋayХатукай Джыракъый CıraqıyДжерокай Къэбэхьабл QebehablКабехабль Мамхыгъ MamxığМамхег Пщыжъхьабл PşıĵhablПшизов Хьэтэжыкъуай HetejıɋayХатажукай
Türkiyədəki Çemguy kəndləri Türkiyədəki Çemguy kəndləri: Biləcikdəki kəndlər: Akçapınar, Akpınar (Adamey), Əlibəydüzü (Gukay) Düzcədəki kəndlər: Köprübaşıömerefendi Kocaelindəki kəndlər: Ketencilər Tokatdakı kəndlər: Qozlu Qızılçubuk, Erbaa Baxçabaşı
Həmçinin bax Türkiyə çərkəzləri İraq çərkəzləri
İstinadlar
Kateqoriya:Adıgeylər Kateqoriya:Qafqazda yaşayan müsəlman etnik qruplar