İsmayıl Fazil Paşa () (d.1856, İraklion, Krit vilayəti – ö. 18 aprel, 1921, Ankara) — Türk əsgəri və siyasətçisi. Mustafa Fazil Paşanın övladıdır.Türk Parlamento Tarihi Araştırma Grubu, Türk Parlamento Tarihi, Millî Mücadele ve T.B.M.B. I. Dönem 1919-1923 - III. Cilt: I. Dönem Milletvekillerin Özgeçmişleri, Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları, Ankara, 1995, , pp. 969-970.

Həyatı Atası İbrahim ağadır. Əslən Sökeli olub Sökedə yerləşən Cebecioğulları ailəsindəndir.

Hərbi fəaliyyəti 1870-ci ildə Hərbi məktəbə daxil oldu. 1876-cı ilin iyulunda Baş Qərargahın hərbi məktəbini bitirdikdən sonra ordu kapitanı oldu. Hərbi Akademiyanı bitirdikdən sonra "Erkân-ı Harbiye Sınıfları Yüksek Riyâzîye ve Tâbiye-i Cesime Muallimliği"nə təyin edildi.

Rusiya-Osmanlı müharibəsi başlamadan əvvəl, Osmanlı-Çernoqoriya müharibəsində iştirak etdi. 1878-ci ildə Rusiya-Osmanlı müharibəsi əsnasında Şkoder-Herseqovina firqələrində Qərargah kapitanı və baş kapitan rütbələrinə yüksəldi.

Müharibənin sonunda İstanbula geri döndü. 3 Avqust 1882-ci il tarixində Baş məmur rütbəsinə yüksəldi. Lakin mətbuatda əleyhinə çıxan xəbərlərdən sonra 13 mart 1884-cü ildə vəzifəsindən azad edildi və 17 il müddətində sürgündə qaldığı Ərzincandakı 4-cü ordunun Baş Qərargahında 1-ci Şöbə Müdirliyinə təyin edildi.

1901-ci ilə qədər orduda və İranın sərhədində hərbi xidmətini davam etdirdi. 1901-ci il 28 fevral tarixindən etibarən İstanbula geri dönməsinə icazə verildi. 1894-cü il avqustun 7-də polkovnik, 1901-ci il martın 30-da general-mayor rütbəsinə yüksəldi. 1908-ci il avqustun 25-də Baş Qərargahın Hərbi Xidmət Bürosunun 4-cü şöbəsində vəzifəsindən sonra Müdafiə Kollecinin Nazirliyinə təyin edildi. 28 Avqust 1908-ci ildə general-leytenant rütbəsinə yüksəlmişdir.

Ailəsi Müşir Mehmet Əli Paşanın qızı Zəkiyə xanımla ailə həyatı qurdu. Bu evlilikdən Əli Fuad və Mehmet Əli adlı iki övladları dünyaya gəldi.

İstinadlar

Xarici keçidlər Tülay Ercoşkun, İsmayıl Fazil Paşanın islahatlar haqqındakı fikirləri, Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Tarih Bölümü Tarih Araştırmaları Dergisi, XXVI. Cilt, 42. Sayı, Ankara, Eylül 2007, ss. 181–201.

Kateqoriya:1856-cı ildə doğulanlar Kateqoriya:1921-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyə generalları Kateqoriya:Osmanlı imperiyasının hərb tarixi Kateqoriya:Ankarada vəfat edənlər Kateqoriya:Osmanlı paşaları