Konq adası () — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada. Ada Kamboca sahillərindən 54 km araləda yerləşir. İnzibati cəhətdən Kox Konq vilayəti ərazisinə daxildir. Kambocanın ən böyük adasıdır. Şimaldan cənuba 19,5 km, şərqdən qərbə 5–6 km məsasfədə uzanır. Adanın sahəsi 100 km², sahil xətdinin uzunluğu isə 53 km-dir. Adanın rəsmi saytında deyilir ki, Konq adası Honkonq böyüklükdə ərazini əhatə etsə də, əhalisi bir böyük məktəb sinfinin şagirdlərinin sayından çox deyilƏslində isə Honkonqun ərazisi 1104 km²-dir.. Ada bütünlüklə meşə ilə örtülüdür. Maksimal hündürlüyü 420 metrdir. Ada materikdən 400 metr aralıda yerləşir. Adada yerləşən zirvədən onlarla çay başlayır. Onlardan birinin uzunluğu 3,8 km-dir. 1997-ci il məlumatına görə adada ağac emal ediliAn Economic Analysis of Alternative Mangrove Management Strategies in Koh Kong Province, Cambodia . Hazırda adada kiçik turizm obyekti vardırKoh Kong Island Resort . Adanın ətraf sularında adi aybalığı, barrakuda kimi balıq növləərini müşahidə etmək mümkündürKoh Kong island .

Mənbə Konq adası KohKongWhiteSandBeach.com

İstinadlar

Kateqoriya:Kamboca adaları Kateqoriya:Siam körfəzi adaları