Əliəjdər Əhməd oğlu Seyidzadə (1899, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet ədəbiyyatşünası və biblioqraf, Moskva hökumət darülfünun cünbündə (nəznində) biblioqrafi cəmiyyəti müxbir əzası (üzvü). 100-ə yaxın elmi əsərlərin müəllifi, həmçinin "Kitabxana işinin təşkili", "Ümumxalq kitabxanaları", "Xalq kitabxanalarında kitabların təsnif və təsvir olunması" və s. kimi kitabxana-biblioqrafiya metodik vəsaitlərini yazmışdır. Seyidzadə Azərbaycan mətbuatının biblioqrafik icmalların və kitab nəşri tarixinə dair məqalələrin müəllifidir. 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü.
Əsərləri Azərbaycanca:
Kitabxana nədir və ümumən necə kitabxanalar olur. Bakı: Xalq maarif komissarlığı, 1922; Tofiq Fikrət və həyatına dair kitabiyyat. Bakı, 1923; Klub işlərinin quruluşu (klub işində çalışanlar və siyasi-maarif işçiləri hazırlayan kurslar üçün rəhbər). Bakı: Ali siyasi-maarif komitəsi, 1924;
Rusca:
Великий мыслитель и поэт из Ганджи — Мирза-Шафи «Вазех» : (жизнь и творчество). — Ганджа : Изд. АПО Гандж. Окружкома АКП(б), 1929; Мирза Шафи или Боденштедт? — Баку : Изд-во Азерб. гос. университета, 1940; Опыт периодизации творчества Несими. Доклады Акад. наук Азербайдж. ССР. 1946. Т. 2, № 5, с. 221–223; Несими, как поэт-мыслитель. Доклады Акад. наук Азербайдж. ССР. 1946. Т. 2, № 7, с. 305–307; Несими и Хафиз Ширази. Доклады Акад. наук Азербайдж. ССР. 1946. Т. 2, № 10, с. 442–445; Хачатур Абовян и его связи с передовыми представителями Азербайджана XIX века. — Баку: Изд-во Академии наук Азерб. ССР, 1960; Мирза-Шафи Сыдык-оглы Вазех. — Баку: Азербайджанское государственное издательство, 1969.
Ədəbiyyat Книговедение: энциклопедический словарь/ Ред. коллегия: Н. М. Сикорский (гл. ред.) и др. — М.: Сов. энциклопедия, 1982, — 664 с. с илл., 12 л. илл.
Kateqoriya:1899-cu ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:12 sentyabrda vəfat edənlər Kateqoriya:1970-ci ildə vəfat edənlər Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:SSRİ ədəbiyyatşünasları