Nöqtə, nöqtə, vergül… — rejissor Aleksandr Mitta tərəfindən 1972-ci ildə "Mosfilm" studiyasında çəkilmiş bir komediya və musiqili film janrında olan film. Filmin ilham aldığı Mixail Lvovskinin hekayəsi 1971-ci ildə Pioner jurnalında Hündürlüyə atla başlığı altında nəşr olunmuşdur. Premyerası 30 dekabr, 1973-cü ildə baş tutdu..

Məzmun

8 A sinfində Lyoşa Jiltsov təhsil alır. Sinifdə Lyoşadan başqa hər kəs özünü şəxsiyyət hesab edir. Bir gün sinifə yeni qız şagird Jenya Karetnikova gəlir. O, Lyoşa ilə dostlaşır. Onunla ünsiyyət quran Lyoşa, bütün çətinliklərini öz tənbəlliyindən və istəksizliyindən irəli gəldiyini başa düşür. O buna görə də çalışır və tədricən daha güclü, cəsarətli, daha çalışqan və bacarıqlı olur.

Onun yeni keyfiyyətlərini göstərməsi üçün lazım olan gün gəlir. Onun sinif komandası reley yarışında çıxış edir və Lyoşa son anda gələ bilməyən yoldaşını əvəz etməlidir. Nəticədə onun sayəsində komandası xal qazanır.

Rollarda Seryoja Dançenko — Lyoşa Jiltsov Mişa Kozlovski — Volka Olya Rıjnikova — Jenya Karetkinova Yuri Nikulin — Lyoşanın atası Zaza Kikvidze — Vaxtanq Turmanidze Marina Şerbova — Qalya Vişnyakova Lyuda Suxova — Zina Kryuçkova Andrey Vasilev — Vadim Kostrov Yevgeni Perov — İvan Fyodoroviç, fizika müəllimi Yevgeni Gerasimov — Saşa, pioner dəstə rəhbəri Vladimir Zamanski — Jenyanın atası Janna Proxorenko — ibtidai sinif müəllimi Tatyana Nikulina — Lyoşanın anası Natalya Seleznyova — sahə həkimi Kim Straçuk — Konstantin İvanoviç, bədən tərbiyəsi (idman) müəllimi

İstinadlar

Kateqoriya:Komediya filmləri Kateqoriya:SSRİ filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:1972-ci ilin SSRİ filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:SSRİ-nin uşaq filmləri Kateqoriya:Məktəb haqqında filmlər