Anatoli Borisoviç Solovyanenko(; ) və ya Anatoli Solovyanenko — Ukraynalı tenor, SSRİ xalq artisti (1975), Ukrayna SSR xalq artisti, Tara Şevçenko mükafatçısı.Bank.gov.ua webpage: commemorative coin celebrating Solovianenko 1999.

Həyat və yaradıcılığı O, 1932-ci 25 sentyabrda Donetskdə mədənçi ailəsində dünyaya gəlmiş və 1954-cü ildə Donetsk Politexnik İnstitutundan məzun olmuş və burada qrafika mühəndisli fakültəsində dərs demişdir.

O, həmçinin 1950-ci ildən Aleksandır Korobeyçenko ilə birlikdə ifa etməyi öyrənmişdir. Solovyanenko öz karyerasına hal-hazırda onun xatirəsinə abidə qoyulan Donetskdə başladı. O, Kiyevdəki Metropoliten-operasında on iki ifa ilə yadda qalmışdır, daha sonra, 1978-ci ildə Kiye Konservatoriyasından məzun oldu. Solovyanenko 30 il Kiyevdəki Taras Şevçenko Dövlət Opera və Balet Teatrında solist olaraq fəaliyyət göstərmiş və Monrealdakı Ekspo 67-də səhnə almışdır. 1977–78-ci illər mövsümündə o, Nyu-York metropoliten-operasında solist olaraq fəaliyyət göstərmişdi. "Kalinka" və digər mahnıları ifa edən Aleksandırov ansamblının 1988-ci ildə Böyük Britaniya səyahəti ərzində ansamblın solisti olmuşdur. O, 18 ariya, romans və musiqini qramafon diskinə yazmışdır.

Solovyanenko 1999-cu il 29 iyul tarixində ürək tutma nəticəsində vəfat etdi.

Mükafatları 1967 — Ukrayna SSR xalq aristi 1975 — SSRİ xalq artisti 1980 — Lenin mükafatı, pul mükafatı A. Solovyanenko tərəfindən Sülh Komitəsinə köçürülmüşdür 1982 — Mədənçi şöhrət medalı, "Xalqlar Dostluğu" ordeni 1993 — Ukrayna prezidentindən şəhəf nişanı 1997 — Taras Şevçenko dövlət mükafatı

İrsi Donetsk Opera və Balet Teatrına Anatoli Solovyanenkonun adı verilmişdir. Teatrın yanında onun abidəsi qoyulub. Kiev 16-cı İnstitutska küçəsində digər bir abid qoyulub; evə xatirə lövhəsi vurulub. Solovyanenkoyanı əks etdirən "Vizov Sudbe" (az. — Taleyə çağırış) mahnısı Dovjenko Film Studiyalarında filmləşdirilib. 1982-ci ildə A. K Tereşçenko tərəfində "A. Solovyanenko" kitabı nəşr olunub, 1988-ci ildə yenidən çap edilib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Ukrayna Qəhrəmanları Kateqoriya:Ukraynanın əməkdar artistləri Kateqoriya:"Ukraynanın milli əfsanəsi" mükafatı laureatları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Ukrayna müğənniləri