Eduroam xidməti — elm və təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir.
Əhatə dairəsi Dünyanın 67-dən çox ölkəsi hal-hazırda bu sistemə qoşulmuşdur. Bir çox ölkələr isə pilot layihələr çərçivəsində bu xidmətə qoşulmağa çalışırlar. TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının tövsiyələrini əsas tutaraq AzScienceNet şəbəkəsində də Milli Eduroam serveri yaradılmış və Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçmişdir.
İstinadlar
Həmçinin bax AzScienceNet
Kateqoriya:Wi-Fi Kateqoriya:Kompüter şəbəkələri Kateqoriya:Avropada elm və texnologiya