Nadir şah Əfşar (; Nâdir şâh) ) — Əfşar imperiyasının şahı (1736–1747) və Əfşarlar sülaləsinin banisi. Tarixdə, həmçinin "Nadirqulu bəy" və "Təhmasibqulu xan" adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona "Şərqin qılıncı",Axworthy, Michael (2006). Şərqin qılıncı: Nadir Şah, Qəbilə Döyüşçüsündən Zalım Zalıma qədər . "Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" kimi ləqəblər veriblər. thumb|Nadir xan səfərdə|296x296px
II Təhmasib dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıq ilə məşğul olan bir ailədə dünyaya gəlmişdir."İranın Kembric tarixi" . cambridge.org . 31 iyul 2012 Tarixçilər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu — XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqanların işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlamışdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri ələ keçirmişdi.Nikolay Pavlenko,"Böyük Pyotr", Qanun nəşriyyatı 2018;
Faktiki olaraq Mazandaran vilayətindən başqa heç bir yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətinin sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qacar hökmranlıq edirdi. O, Səfəvi şahı Sultan Hüseynin əfqanların əlindən xilas olmuş oğlu II Təhmasibi öz sarayında saxlamışdı. Bu hadisədən az sonra II Təhmasib özünü şah elan etdi.
Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər əhalisi, həm də zadəganlar arasında haqlı narazılıq doğururdu. Bu narazılıq get-gedə artırdı. Bircə işğalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırdı. Nəhayət, belə bir lider də tapıldı. Bu, o zaman çox da tanınmayan Nadir xan Əfşar idi. İranın gələcək şahı Nadir xan Türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I İsmayıl zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər. Hələ on səkkiz yaşı tamam olmamış Nadir xan anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir alınır və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadir xan Əbivərd hökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayaraq Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü "Nadirqulu bəy" adlandırmağa başlayır. Nadir xanın hünərli Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadir xan kömək üçün şah II Təhmasibə müraciət edir. 1726-cı ildə şah II Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirərək burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşun ilə Xorasana gəlir, Nadir xan da onlarla birləşir.
II Təhmasib Nadir xanı Xorasanda öz canişini təyin edir. Bundan sonra, Nadir özünə "II Təhmasibqulu xan" adını qəbul edir. O, II Təhmasibə, ilk növbədə, təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.
Məlik Mahmud idarəçiliyinin mərkəzi olan Məşhəd şəhəri alınan zaman şah II Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki, Nadir onu Fətəli xan ilə Məlik Mahmud arasında gizli sövdələşmənin olduğuna inandırmışdı. Bundan sonra, Nadir xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş, Nadir xan Məlik Mahmudun qoşunlarını əzir, üstəlik onun özünü də qətlə yetirir. Bundan sonra, Nadir xanın saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.Lourens Lokkart,"Nadir Şah", Qanun Nəşriyyatı
Hadisələrin sonrakı inkişafı onu göstərir ki, artıq 1727-ci ildən Nadir şah II Təhmasibə ilə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri, şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada, Nadir xan bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana — Nadir xanın üzərinə yeridir. 1729-cu ilin 30 sentyabr tarixində Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək oradan da İsfahana yönəlirlər. Nadir xanın əfqanlar ilə haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı əfqan şahı olan Əşrəfin köməyinə böyük bir ordu göndərir.
1729-cu ilin 13 noyabr tarixində İsfahanşəhəri yaxınlığında Nadir xan ilə Əşrəf arasında həlledici döyüş (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan geri çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah II Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir xan öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçhaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir. Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı dövlətindən azad etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadir xan Osmanlı qoşunlarını əzərək Azərbaycanı, Həmədan və Kirmanşah şəhərlərini azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.
Şah II Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq 1731-ci ildə o, məğlub olaraq ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın əyalətlərindən sonra birini Osmanlı dövlətinə verildi.
III Abbas dövründəki ictimai, siyasi və hərbi fəaliyyəti Nadir xan müqaviləni tanımaqdan imtina edir və qədim Türk ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki olaraq bütün hakimiyyət Nadir xanın əlində cəmləşir. Bundan sonra, Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələr ilə bütün Azərbaycanı və Şərqi Gürcüstanı Osmanlı dövlətindən təmizləyir.
thumb|left|251x251px|Nadir şahın Məşhəddəki məzarı
Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Nadir xanın sərkərdəlik istedadı Gəncə şəhərinin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə Osmanlı qoşunlarının qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə ümid verirdi. Nadir qoşunların bir hissəsini Gəncə qapısında qoyaraq 15 minlik döyüşçü götürüb Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadir xan ilə döyüşə girməkdən boyun qaçırır və qalaya girib uzunmüddətli mühasirəyə hazırlaşır. Hadisələri sürətləndirmək məqsədilə Nadir xan belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq Nadir xanı İrəvana qədər təqib edir. Üçmüəzzinin cənub-qərbində qoşunu qəflətən geriyə döndərən Nadir xan Osmanlı qoşunu ilə ölüm-dirim savaşına girir. Qəfil döyüş Osmanlı qoşununda vahimə yaradır və Nadir xan bu dəfə də tam qələbə qazanır. Bundan sonra, İrəvan qalasında və Tiflis qalasındakı Osmanlı qarnizonları ona döyüşsüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqaz Osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da Nadir xanın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin Osmanlı türkləri ilə mübarizədə Nadir xana göstərdiyi yardım da qeyd olunmalıdır. O da qeyd edilməlidir ki, sonradan həmin əhali Nadirin özünə qarşı çıxmışdır və həmin mübarizədə gələcək müstəqil Azərbaycan xanlıqlarının əsası qoyulmuşdu. Nadir şahın tabeliyindən çıxan ilk belə bir müstəqil xanlıq məhz sırf Şəki xanlığı olmuşdur. 1735-ci ildə bağlanmış "Gəncə müqaviləsi"-nə görə, Rusiya hələ I Pyotrun tutduğu Bakı və Dərbənd şəhərlərini bu şərt ilə güzəştə getmişdi ki, Nadir xan Osmanlı imperiyası ilə mübarizəsini dayandırmayacaq və onunla separat sülhə girməyəcəkdi. Lakin Nadir xan bu şərtləri pozur və 1736-cı ildə Osmanlı İmperiyası ilə sülh sazişi imzalayır. Sazişə görə, Osmanlı dövləti 1722-ci ilə qədər Səfəvilər dövlətinə məxsus olmuş bütün torpaqları Nadir xana qaytarır. Yalnız həmişə sünni kimliyə sahib olan Osmanlı imperiyasına meyli ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirlər. Nadir xan öz qoşunlarını Dağıstana yeridir, böyük əziyyətlə Qazıqumığa qədər gedir və geri qayıdır. Yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır.
Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri, demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.
Şahlıq dövrü və fəthləri thumb|right|Nadir şah Əfşarın Osmanlı dövlətinə yazdığı məktubda İran millətini türk və tacik kimi göstərmiş və İran şahlığının türkman (Oğuz türkləri) tayfalarından ona irs qaldığını yazmışdır.E. Tucker, "Religion and politics in the era of Nadir Shah…", p.166I. MAHMUD — NADIR ŞAH MEKTUPLAŞMALARİ 3 Numaralı Name-i Hümayun Defteri İran ve Saire Name-i Hümayun Min evaili Cumadelahir sene 1149 ila evasıtı Cumadelahir sene 1176, P.365 T. C. BAŞBAKANLIK DEVLET ARŞİVLERİ GENEL MÜDÜRLÜGÜ Osmanlı Arşivi Daire Başkanlığı Yayın Nu: 136 — İSTANBUL 2014|460x460px Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər. Onlar daha ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir xan öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq, yəni taxt-tacın həqiqi sahibi olmaq istəyirdi. Bundan ötrü o, yenidən qədim Türk qaydasına görə, Muğan düzündə qurultay (bu dəfə böyük qurultay) çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla, tərkibi ağac və qamışdan olan müvəqqəti on iki min tikili salınır. Nadir xan 1736-cı ilin 21 mart tarixində Novruz bayramı günü Suqovuşandakı qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.
262x262px|thumb|Left|Nadir şah Əfşar Türkman Bahadır