Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi.

1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır". thumb|center|300px|Apollon 11-n heyəti (soldan sağa: Neyl Armstronq, Maykl Kollins, Edvin Oldrin)

İstinadlar

Kateqoriya:Astronomiya Kateqoriya:Apollon proqramı