"Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" () — britaniyalı jurnalist və yazar Tomas de Vaalın 2003-cü ildə çap olunmuş kitabı.

ABŞ səfirliyinin maliyyə dəstəyi ilə 2008-ci ildə Azərbaycan, 2014-cü ildə isə erməni dilinə tərcümə olunub.

Haqqında Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə regionda baş verən olaylar, danışıqlar və vasitəçilik prosesi bitərəf müşahidəçi prizmasından araşdırılır. Kitabın əksər hissəsi müəllifin Cənubi Qafqaza 6 aylıq səfəri vaxtı bölgədə apardığı 120 orijinal müsahibənin materiallarına əsaslanır. Əsərdə Moskva və ABŞ-nin Siyasi Büroya dair arxivinin ilkin mənbələrinə də müraciət edilmişdir. Əsərin fəsilləri münaqişənin sovet dövründə Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən həll edilməyərək necə dərinləşdirildiyini, Siyasi Büronun münaqişəni həll etməkdə səriştəsizliyini, müharibənin necə başlayıb necə başa çatmasını, beynəlxalq ictimaiyyətin bu münaqişəni niyə həll edə bilməməsini ətraflı şəkildə təsvir edir.

İstinadlar

Kateqoriya:Azərbaycan haqqında kitablar Kateqoriya:Birinci Qarabağ müharibəsi Kateqoriya:Azərbaycan–Ermənistan münasibətləri Kateqoriya:Tomas de Vaalın kitabları Kateqoriya:2003-cü ilin kitabları Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında kitablar Kateqoriya:Ermənistan haqqında kitablar Kateqoriya:Xarici siyasət doktrinaları Kateqoriya:Qafqaz