Firəng kəndi — İrəvan xanlığının Karbibasar mahalında kənd adı. B. Ə. Budaqov, Q. Ə. Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti

Tarixi və toponimiyası 1590-cı ildən məlumdur. Daha sonra 1655-ci ilə aid ermənicə mənbədə çəkilir. Erməni mənbələrində Franqanos, 1728-ci ilə aid türkcə mənbədə Frəng kimidir. Kənd oradakı Frəng monastırının adındandır. Ona görə də 1724-cü ilə aid məlumata görə Səfəvi şahlarının Eçmiadzin kilsəsinə bağışladığı kəndlərdən (Kiraşlu, Muqni, Aqavnatun, Əştərək, Norahovit, Batrinc, Frəng) idi. Kəndin adı orta əsrlərdə türklərin ümumiyyətlə avropalılara verdiyi firəng (Yaxın Şərqdə bu söz Xaç yürüşlərindən sonra yaranmışdır) sözündəndir. XIV əsrdə İtaliya katolik missionerləri, başda Bartolemey olmaqla, İrəvan əyalətinə gələrək katolik məzhəbini yaymış, 14 kəndə bu məzhəbi qəbul etdirmiş və yerli əhalinin firəng adlandırdıqları monastırı tikmişdilər. Lakin erməni kilsəsi onları XVII əsrdə qriqoryanlaşdırmışdır. Katoliklərin məskunlaşdıqları kəndlərdən biri də Naxçıvanın Əlincə mahalında ermənicə Abaraner, Azərbaycanda Göy-Firəng adlanan kənd idi. İtalyanların İsfahanda XVII əsrin əvvəllərində firəng monastırı tikdiklərini Arakel Təbrizi qeyd edir.B. Ə. Budaqov, Q. Ə. Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti

İstinadlar

Kateqoriya:Karbi kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri