Yarımca nekropolu — Babək rayonunun eyniadlı kəndi yaxınlığında arxeoloji abidə.

Ümumi məlumat 1977-ci ildə qeydə alınmışdır. Qəbirlər düzbucaqlı şəklində olub qərbdən şərqə doğru istiqamətlənmişdir. Başdaşılarının əksəriyyəti düşmüş və dağıdılmışdır. Saxlanılan başdaşıları yastı daş plitələrdən olub yuxarısı tağvari sonluqla tamamlanmışdır. Bəzi başdaşıların üzərində nəsx və ya süls xətti ilə ərəbdilli yazılara, həmçinin, qoç başdaşılarına rast gəlinir. Qəbiristanlıq 10–15-ci əsrlərə aid edilir. Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan.2005.

İstinadlar

Kateqoriya:Babək rayonunun nekropolları