Vasili Qriqoryeviç Koçerov () — sovet ordusunun baş giziri, İkinci Dünya müharibəsinin iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1944), "Lenin" və "Qırmızı ulduz" ordenlərinin kavaleri.
Həyatı Vasili Кoçerov 1921-ci ildə Telegino kəndində (hazırda Penza vilayətinin Kolışley rayonunda yerləşir) anadan olub. Orta məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1940-cı ilin sentyabrında sovet ordusunda xidmətə başlayıb. 1941-ci ildən döyüşlərdə iştirak edib. 24 iyul 1944-cü ildə döyüşdə həlak olub. Şutukve şəhərində dəfn edilib.
"Lenin" ordeni, "Qızıl ulduz" medalı, "Vətən müharibəsi" ordeni, "Qırmızı ulduz" ordeni ilə təltif olunub.
Moskvada küçələrdən birinə Vasili Koçerovun adı verilib və burada onun heykəli qoyulub.
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar Kateqoriya:SSRİ baş çavuşları