Qərbi Almaniya-Avstriya futbol qarşılaşması, 1982 FİFA Dünya kuboku çərçivəsində 25 iyun 1982-ci ildə İspaniyanın Xixon şəhərindəki El Molinon stadionunda oynanılan və 1-0 Qərbi Almaniyanın qalibiyyəti ilə nəticələnən qarşılaşmadır. Bu oyun, tarixə qara bir ləkə olaraq keçməsi ilə yanaşı futbolda qayda dəyişikliklərinin baş tutmasına səbəb olan oyunlardan biri olmuşdur.

Bu oyun Alman futbol tarixinə Nichtangriffspakt von Gijón (Xixon aqressiyasızlıq müqaviləsi) və Schande von Gijón (Xixon rəzaləti) olaraq keçmişdir.

Oyun öncəsi Qeyd: O illərdəki sistemə görə qalibiyyətə 2, bərabərliyə isə 1 xal verilirdi. Xallar bərabər olduqda isə ilk olaraq qol fərqi nəzərə alınırdı.

Komanda220030+3432015504210153+22300338−50

Qərbi Almaniya, Avstriya, Əlcəzair və Çilidən ibarət 2-ci qrupda Əlcəzair ilk oyununda Almaniyanı 2-1 məğlub edərək kubokda bir Avropa komandasını məğlub edən ilk Afrika komandası oldu. Əlcəzair Çili ilə oyunu bir gün əvvəl qalibiyyətlə başa vurmuşdu. Qrupdakı son oyun Qərbi Almaniya ilə Avstriya arasında oynanılacaqdı. Qərbi Almaniyanın Avstriyanı 1-0, ya da 2-0 məğlub etməsi halında, Qərbi Almaniya və Avstriya top fərqi ilə Əlcəzairi üstələyəcəkdi. Qərbi Almaniyanın 3, ya da daha çox fərqlə qazanması halında Avstriya, oyunun heç-heçə, ya da Avstriyanın qalibiyyəti ilə bitməsi halında isə Qərbi Almaniya qrupda qalaraq kubokdan kənarlaşacaqdı.

Oyunun xülasəsi Oyunda Qərbi Almaniya 10-cu dəqiqədə Hörst Hröbeskin qolu ilə 1-0 önə keçdi və oyunun davamında hər iki komanda oyunun bu hesabla bitməsi üçün əlindən gələni etdi. Qoldan sonra hər iki komanda oyunçularının topa məqsədsizcə toxunduqları görünürdü. Topun hakimiyyətini əlində saxlayan komanda meydanın öz hissəsində paslaşır, rəqib oyunçu yaxınlaşdıqda isə topu qapıçısına atırdı. O dövrdə geri pas qaydası yox idi və qapıçı komanda yoldaşlarından gələn topu dərhal əlinə götürə bilirdi. Bununla yanaşı, oyun heç kəsin olmadığı boş bölgələrə atılan uzun paslarla keçdi və başqa bir ciddi qol epizodu olmadı. Oyunda səy göstərən yeganə oyunçu avstriyalı Valter Şkakner oldu.

ARD telekanalının spikeri Eberhard Stanjek, oyunun bir hissəsindən sonra şərh etməyi dayandırdı. Avstriyalı spiker Robert Ziger, izləyicilərdən televizorlarını söndürmələrini istədi.

Xixonda oynanılan bu oyunda ispan azarkeşlər də boş dayanmayaraq "fuera, fuera" (çölə, çölə) deyə qışqırmağa başladılar. Əsəbi əlcəzairli tərəfdarlar, oyunçulara kağız pul atdılar. Oyun, gözlənildiyi kimi 1-0 Qərbi Almaniyanın qalibiyyəti ilə bitdi və Əlcəzair qrupda qaldı.

Oyunun nəticələri

GK 1 Harald SchumacherSW 15 Uli StielikeRB 20Manfred KaltzLB 2 Hans-Peter BriegelCB 4 Karlheinz FörsterCM 3 Paul BreitnerCM 6 Wolfgang DremmlerCM 14Felix MagathRF 11 Karl-Heinz Rummenigge FW 9 Horst Hrubesch LF 7 Pierre LittbarskiEhtiyat oyunçular:GK 21 Bernd FrankeGK 22 Eike ImmelDF 5 Bernd FörsterFW 8 Klaus Fischer MF 10 Hansi MüllerDF 12 Wilfried HannesFW 13 Uwe ReindersFW 16 Thomas AllofsMF 17 Stephan EngelsMF 18 Lothar Matthäus DF 19 Holger HieronymusMəşqçi: Jupp Derwall GK 1 Friedrich KonciliaDF 2 Bernd KraussDF 3 Erich ObermayerDF 4 Josef DegeorgiDF 5 Bruno PezzeyMF 6 Roland HattenbergerFW 7 Walter Schachner MF 8 Herbert ProhaskaFW 9 Hans KranklMF 10Reinhold Hintermaier DF 19Heribert WeberEhtiyat oyunçular:GK 21 Herbert FeurerGK 22 Klaus LindenbergerMF 11 Kurt JaraDF 12 Anton PichlerDF 13 Max HagmayrMF 14 Ernst BaumeisterMF 15 Johann DihanichMF 16 Gerald MesslenderMF 17 Johann PregesbauerFW 18 Gernot JurtinFW 20 Kurt WelzlMəşqçi: Felix Latzke & Georg Schmidt

Oyun sonrası Komanda320163+34320131+2432015504300338−50

Oyunun sonunda eyni xala sahib olan komandalardan Qərbi Almaniya ilə Avstriya qrupdan çıxarkən eyni xala sahip Əlcəzair isə qrupda qalaraq turnir ilə vidalaşdı.

Oyunun ardından FİFA, baş verən bu hadisənin təsiri ilə bu kimi halların bir daha baş verməsinin qarşısını almaq məqsədi ilə qaydalarda dəyişikliklər etdi və Dünya kuboku qruplarındakı son oyunların hamısının eyni saatda oynanmasına qərar verdi.

Qrupdan çıxan komandalardan Avstriya 2-ci turda məğlub oldu, yoluna davam edən Qərbi Almaniya 1982 FİFA Dünya kuboku Finalında İtaliyaya 3-1 hesabı ilə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.

İstinadlar

Kateqoriya:FİFA Dünya Kuboku Kateqoriya:Almaniya milli futbol komandasının oyunları Kateqoriya:Avstriya milli futbol komandasının oyunları Kateqoriya:25 iyundakı hadisələr Kateqoriya:Futbol mübahisələri Kateqoriya:FIFA Dünya Kuboku mübahisələri