Tarixi-Şeyx Üveys və ya Tarix-e Şeyx Uveys — XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin ümumtarix əsəri Cəlairi sultanı Şeyx Üveysə (1356–1374) həsr olunmuşdur. Fars dilində yazılmış bu əsərin 1304–1359-cu illərdə baş vermiş hadisələrə həsr olunmuş qismi Azərbaycan tarixinin öyrənilməsi üçün önəmli mənbədir. Əsərdə Elxanilər dövlətinin tənəzzülü və Cəlairilər dövlətinin təşəkkülü prosesi işlənilir.Xeyirbəy Qasımov.s.22.
Əsərdə Qızıl Orda hökmdarı Canı bəyin yürüşlərindən, Azərbaycanı tutmasından, Çobani hakimiyyətindən, Çobanilər ilə Qızıl Orda arasındakı mübarizədən və nəhayət Cəlairi Üveysin dövründən bəhs edir.Erol Kükrçüoğlu..s.75.
Nəşrləri
Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e şeyx Üveys. Farscadan tərcümə M. D. Kazımov və V. Z. Piriyevdir. Bakı, 1984.Süleyman Əliyarlı.s.190.
İstinadlar
Ədəbiyyat Xeyirbəy Qasımov. Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Bakı, "Aspoliqraf", 2008, 448 s. Süleyman Əliyarlı. Tariximiz (açıqlanmamış mövzulari ilə). Bakı: Mütərcim, 2012. — 560 səh. Erol Kükrçüoğlu. Nahçıvan Tarihi (V–XV. Yüzyıllar). Erzurum, Güneş Vakfı Kültürel Yaymlar, 2007.
Həmçinin bax Şeyx Üveys
Xarici keçidlər Əbu Bəkr əl-Qütbi əl-Əhəri
Kateqoriya:Cəlairilər