() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 20-30 sm, gövdəsi əsasından budaqlanmış olan birillik ot bitkisidir. Qısa yumşaq, sadə və vəzili yapışqanlı və cod tüklə örtülmüşdür. Kökətrafı yarpaqları uzunsovneştərvari, küt, tədricən saplağa daralandır, aşağı gövdə yarpaqları qaidə hissəsinə doğru daralan, qalanları oturaqdır, xətvari-neştərşəkilli, sivri, tamkənarlı və yaxud seyrək dişlidir. Çiçək salxımları tək-tək və ya bir neçə ədəd olmaqla gövdə və budaqların ucunda yerləşmişlər, barverən budaqlar uzanmışdır, çiçəkləri birtərəfli yerləşmişdir. Tac limon sarısı rəngdədir, demək olar ki, borucuğa bənzərdir, diametri 5 mm-dən çox olmayan kiçik qınlıdır. Fındıqcalar 5–6 mm uzunluqdadır, düz, seyrək uzununa damarlıdır, qəhvəyi rəngli, kütdür, qaidə hissəsində hamar halqalıdır. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.

Azərbaycanda yayılması Demək olar ki, Azərbaycanın bütün rayonlarında ovalıqdan orta dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti Meşə talalarında, kolluqlarda, əkinlərdə alaq kimi, tarla və bostanlarda, yol boyunca, suvarma kanalları boyunca, boş yerlərdə rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan florası Kateqoriya:Meyvə bitkiləri