() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir.

Ekologiyası Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür. Köçürməni və şəhər şəraitini yaxşı keçirir.

Azərbaycanda yayılması Böyük və Kicik Qafqazda aşağı dağ yamaclarında rast gəlinir.

İstifadəsi Dekorativ bağçılıqda gözəl sıx çətirinə, qamətli gövdəsinə, yarpaqların rəngi, forması və s. yüksək xüsusiyyətlərinə görə bağ və parkların salınmasında istifadə edilir. Çох qədimdən mədəni şəraitdə becərilir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Azərbaycan ağacları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Asiya ağacları