Andrey Alşan (; 18 mart 1960) — SSRİ qılıncoynadanı, Olimpiya oyunlarının gümüş mükafatçısı, altıqat dünya çempionu. SSRİ-nin Əməkdar İdman Ustası, "Şərəf nişanı" ordeni laureatı.
Karyerası Andrey Alşan Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarında Sablya ilə komanda yarışında Sergey Mindirqasov, Mixail Burtsev, Georgi Poqosov və Sergey Koryajkin ilə birlikdə gümüş medala sahib olub. Sablya ilə fərdi yarışda isə 9-cu olub.
Sablya ilə komanda yarışında altıqat dünya və ikiqat SSRİ çempionudur. "Drujba-84" yarışlarının çempionu və gümüş mükafatçısıdır.
1994-cü ildən 2004-cü ilədək qılıncoynatma üzrə İtaliya milli yığmasının məşqçisi olub. 2004-cü ildən 2010-cu ilədək qılıncoynatma üzrə Rusiyanın qadınlardan ibarət yığmasına rəhbərlik edib. Beynəlxalq dərəcəli hakimdir. 2010-cu ildən Lobnya şəhərinin uşaq-gənclər idman məktəbində işləyir.
İstinadlar
Xarici keçidlər Andrey Alşan — Sports-Reference.com profili
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ qılıncoynadanları Kateqoriya:Olimpiya gümüş medalına sahib idmançılar Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:1988 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib SSRİ idmançıları Kateqoriya:Bakıda doğulmuş idmançılar