Karl Devid Anderson () — ABŞ fiziki, Nobel mükafatı laureatı (1936). Kaliforniya Texnologiya İnstitutunun professoru (1939).

Fəaliyyəti Əsərləri, əsasən, rentgen, qamma və kosmik şüaların, eləcə də elementar zərrəciklərin tədqiqinə aiddir. Anderson kosmik şüaların tərkibində pozitron olduğunu (1932) və S. Neddermeyerlə birlikdə müonu (μ) kəşf etmişdir (1936). İkinci dünya müharibəsi (1939–45) illərində hərbi raketlərin yaradılması üzərində işləmişdir.

İstinadlar

Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Nüvə fizikləri