() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sarı, ikicinsli və erkəkciklidir. Meyvələri yumurtavari, 6-7 mm uzunluqda, qabarıq qabırğalı və yastı novludur, sütuncuğu uzun və açılmışdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyun, meyvəvermə iyul ayına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarında quru, daşlı yamaclarda rast gəlinir.
Yayılması Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Keçili və Kükü kəndləri).
Sayı və tendensiyası Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir.
Məhdudlaşdırıcı amillər İqlim amillərinin təsiri nəticəsində yaşama ərazisi məhdudlaşır.
Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsiri azaltmaq, yasaqlıqların yaradılması, toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni areallarının axtarılması təklif olunur.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər