Culio Andreotti () — İtaliya siyasi və dövlət xadimi.

Fəaliyyəti

1940-cı illərin əvvəllərində Xristian-demokrat partiyasının yaradıcılarından biri olmuşdur. 1946–47-ci illərdə Müəssislər məclisinin, 1987-ci ilədək isə parlamentin bütün çağırışlarının deputatı seçilmişdir. 1948–68-ci illərdə daxili işlər, xarici işlər, maliyyə, müdafiə və sənaye naziri vəzifələrində çalışmış, Nazirlər şurasının sədri (1972–73, 1976–79, 1989–92) olmuşdur. Tarixə və siyasətə aid bir sıra əsərlərin müəllifidir. 1955–76-cı illərdə «Konkretesse» («Concretezze»), sonralar isə «Trenta corni» («Trenta giorni») siyasi jurnallarının baş redaktoru işləmişdir.

İstinadlar

Kateqoriya:Romada doğulanlar Kateqoriya:Romada vəfat edənlər Kateqoriya:İtaliya siyasətçiləri Kateqoriya:Malta cəngavərləri Kateqoriya:İtaliya baş nazirləri Kateqoriya:Roma şəxsləri