() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU D2. Azərbaycanın nadir növüdür.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Yarpaqları yumurtavaidir, ikər-lələklidir, hər iki üzü bozumtul tükcüklüdür, kənarları sərt dişciklidir. Çətir şüaları 20-25 ədəddir, tükcüklüdür, müxtəlifdir. Çiçəkləri sarımtıl-ağ rəngdədir, az böyümüşdür. Meyvəsi ellipsvari, çılpaqdır, uzunluğu 6–7 mm-dir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Orta və yuxarı dağ qurşaqlarında, çay kənarlarında və sulu dərələrdə rast gəlinir.

Yayılması Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu — Urmus kəndi ətrafı, Soyuqdağ, Yağlıdərə, Ağyurd ətəkləri).

Sayı və tendensiyası Populyasiyasında azalma müşahidə edilir.

Məhdudlaşdırıcı amillər Cəmi 3 lakolitetinə rast gəlinmişdir. Antropogen və zoogen amillərdir.

Mühafizə tədbirləri Populyasiyaları nisbətən təhdid altında olduğundan qorunması vacibdir. Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazısındə təbii populyasiyaları mühafizə olunmalıdır.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya florası