Leonis dombalanı (Elmi adı — Terfezia leonis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd. Nadir növdür.http://redbook.az/?options=project&id=Leonis%20dombalan%C4%B1Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri", "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2013, 676 s.
Qısa morfoloji təsviri Torpaq səthinə yaxın əmələ gələn meyvə cismi 4–6 sm diametrində və ya bir qədər uzunsov, kartofa bənzərdir. Xarici səthi – peridi əvvəl açıq, sonradan tündləşərək qonura çalır, dərivaridir. Göbələyin xüsusi iyi və dadı yoxdur. Yarıya kəsilmiş halda ləti şirəlidir, birrəng deyil.Джафаров С. А.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Heterotallik növdür, cinsi çoxalması üçün populyasiyada genetik cəhətdə fərqli fərdlərin olması tələb olunur. Simbiotrofdur, taxıllardan, əsasən Artemisia, Hordeum, Poa və Salsola cinslərinin növlərindən ibarət fitosenozlarda mikoriza əmələ gətirir. Azərbaycanın bozqır və dağətəyi bölgələrində, bəzən az şoranlaşmış torpaqlarda aprel-may aylarında, az-az əmələ gəlir. Kütləvi əmələ gəlməsi bir neçə ildən bir müşahidə edilir,Sadıqov A. S. 2007 meyvə cisimləri sporadik, bəzən kopalarla rast gəlinir.
Yayılması Ağdam, Füzuli, Qobustan, Naxçıvan Muxtar Respublikası ərazisidir (Şahbuz rayonu).
Sayı və tendensiyası Yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Meyvə cisimlərinin tədricən yetişməsi, onların kütləvi yığılması ilə əlaqədar göbələk populyasiyanın həssaslığı aiddir.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Az-az təsadüf edildiyi üçün kütləvi yığılmasına məhdudiyyət qoyulması məqsədəuyğundur.
İstinadlar Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar