() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri Alçaqboylu, 4–10 sm hündürlükdə, çox vaxt al-qırmızı rəngli, çoxillik bitkidir. Yarpaqları 1–4 sm uzunluğunda, 8–20 mm enində, uzunsov, bəzən yumurtavari, küt, bəzən sivri, kənarları noxudvari-dişlidir. Çiçəkqrupu başcıqlı, oval və ya uzunsov, çox çiçəklidir. Çiçəkləri oturaqdır. Kasacıq 4–4,5 mm uzunluğunda, tac iri, al-qırmızı borucuğu 15 mm uzunluqda, yuxarı dodağı dəyirmi, aşağı dodağı yan dilimlərdən uzundur. Qutucuğu 5–6 mm uzunluğunda, şarvari-yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi iyul-avqust, meyvəverməsi avqust ayına təsadüf edir. Alp qurşağının gilli töküntülərində və qayalıqlarda rast gəlinir.

Yayılması Böyük Qafqazın Quba sahəsi və qərb hissəsində yayılmışdır.

Sayı və tendensiyası Antropogen amillər, populyasiyaları yayılan ərazilərin ekstremal iqlim şəraitinə malik olması, kəskin iqlim dəyişkənliyinə həssaslıqdır.

Məhdudlaşdırıcı amillər Populyasiyalarının ciddi monitorinq olunması, xüsusi qorunan ərazilər çərçivəsində mühafizə tədbirlərinin görülməsidir.

Mühafizə tədbirləri Yeni yayılma yerlərinin axtarılması tələb olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax