Fərhad Hacıyev (tam adı: Hacıyev Fərhad Məcid oğlu; ) — Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini.
Həyatı Hacıyev Fərhad Məcid oğlu 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəlidir, iki övladı var.
Təhsili 1999-cu ildə Azərbaycan Universitetinin "Beynəlxalq münasibətlər" ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999–2001-ci illərdə Azərbaycan Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsi üzrə təhsil alaraq həmin pilləni də fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci illdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və idarəetmə" istiqamətinin maliyyə ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə Harvard Universitetində hökumətdə çalışan yüksəkrütbəli məmurlar üçün kursu bitirmişdir. Harvard Kennedi Məktəbinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur.
Fəaliyyəti Əmək fəaliyyətinə 1998-ci ildən Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasında departament müdiri vəzifəsində başlamışdır; 1999-cu ildə ARGTMŞ-in Məclis Sədri. 2000-ci ildə isə Baş Katibi seçilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. 2001–2002-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 2002-ci ilin noyabr ayında Gənclər və İdman nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2006–2009-cu illərdə Avropa Şurasının Gənclərlə iş üzrə Proqram Komitəsinin sədri vəzifəsində çalışıb. 2011-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsində işləyib. 1 mart 2018-ci ildən isə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavinidir.
Mükafatları 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkilində iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. 2015-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə, 2019-cu il 24 iyulda 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Həmçinin bax Gənclər və İdman Nazirliyi (Azərbaycan) Gənclər günü
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının gənclər və idman nazirlərinin müavinləri