Tahir Hadı oğlu Paşazadə () — Şərqşünas, dövlət və ictimai-siyasi xadim, ssenarist, tərcüməçi.
Həyatı 1930-cu ildə yanvarın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.190 saylı orta məktəbi bitirmişdir. Sonra tibb məktəbində təhsil almışdır.Tahir Paşazadə SSRİ Jurnalistlər İttifiqanın üzvü, həmin təşkilatın "Qızıl qələm" mükafatının laureatı ilə təltif edilib.3 övladı var:Gülşən Məmmədova, Rövşən Paşazadə, İlqar Paşazadə. Rövşən Paşazadə "Azernenerji ASC" ictimaiyyətlə əlaqələr və metbuat xidmətində aparıcı mütəxəssisi vəzifəsində çalışır və "Azerbaijan Today jurnalının" tesisçisidir. İlqar Tahir oğlu Paşazadə "MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin direktorudur.
Fəaliyyəti 1953-cü uldə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitimişdir. Ali məkəbi bitirdikdən sonra Neft texnikumunda pedaqoji fəaliyyətə başlamışdır. 1956 –ci ildə Lenin ( Sabunçu) rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Fəal ictimai fəaliyyətinə görə Moskvadakı Ali Partiya məktəbində ikillik partiya rəhbər işçiləri üçün ixtisaslaşdırırlmış hazırlıq keçmişdir. 1958-ci ildə ömrunun sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Kömitəsində ayrı-ayrı rəhbər vəzifələrində çalışmışdır. O cümlədən Azərbaycan Respublika radiosunun xarici şöbəsinin fars redaksiyasının baş redaktoru 1972-1976 –ci illərdə ilk partiya kömitəsinin katibi vəzifəsində çalışmışdır. Həmin dövrdə 26 Bakı Komissarı (indiki Səbayıl ) rayon sovetinin deputatı seçilmışdir. 1976 –ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Kömitəsinin sədr müavini vəzifəsinə təyin olumuşdur. 1980-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur. 1990-cı ilin aprel ayının 28-də vəfat etmişdir.
Xarici keçidlər
Cəvahirləl Nehru, Ümumdünya Tarixinə Nəzər, 2018, səh 420 (Tərcümə edən Tahir Paşazadə)
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları