() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanağı çox və az dərəcədə iri, yumurtavari, 1,5-3 sm enində, xaricdə çox vaxt ağ zarlı, şəffaf və ya qonur, ölmüş qınlarla örtülmüşdür. Gövdə]si düz, dəyirmi içi boş, 30-65 sm hündürlükdədir. Yarpaqları ensiz-xətvari, novşəkilli, 4-6 mm enində, gövdədən qısadır. Çiçək qrupu çox çiçəklidir. Çiçəkləri uzun çiçək saplağında, aşağı çiçək saplağı yuxaıdakılardan qısadır; çiçəkləmədən sonra çiçək saplağı çiçək qrupunun oxuna sıxılmışdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgəlmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kriptofit (geofit) bitkidir. Orta dağ qurşağına kimi meşəkənarı, kolluqlararası, bağlar, əkinlər və otlu yamaclarda, paxlalı-taxıllı, müxtəlifotlu senozlarda komponent kimi iştrak edir. Dekorativ, qida və dərman bitkisidir.
Azərbaycanda yayılması Qobustan rayonu (Mərəzə qəsəbəsi); Böyük Qafqazın şərq hissəsi (Şamaxı rayonu, Damlamaca kəndi, Nağaraxana kəndi Pirqulu qəsəbəsi ətrafları), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonunun Badamlı və Ayrınc, Culfa rayonunun Ləkətağ və Teyvaz kəndləri ətrafında).
Sayı və tendensiyası Fraqmentləşmiş sahələrin və təbii ehtiyatların azalması müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər dekorativ bitki kimi yığılması, otların biçilməsi, həmçinin mal-qara tərəfindən tapdalanması.
Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax