() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Nadirdir.

Kateqoriyası (CR). Həmişə azsaylı olub. Hazırda kritik vəziyyətdədir.

Qısa təsviri Başı və gövdəsinin üst tərəfi bənövşəyi–boz, alnı və boğazı ağ, qarın hissəsi sarımtıl, quyruğu tam ağdır. Qanadlarının ucu qaradır, üzərində enli ağ zolaq vardır. Ayaqları açıq-sarıdır.

Yayılması Aral-Xəzər düzənliyində, İran, İraq və Suriyada yayılıb. Azərbaycanda Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan və Ağgöl Milli Parklarında, Kürün deltasında, Mehman, Sarısu, Mahmudçala-Ağçala göllərində, Naxçıvan MR ərazisində bəzi hövzələrdə məskunlaşıb Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставрополь, 1991, с. 143;Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;.

Yaşayış yeri və həyat tərzi Subasarlar, çaylar, göllər və dəniz sahillərindəki nəmli biotoplar və dərinliyi 5-10 sm olan dayaz su sahələri əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycana reproduksiya üçün gəlir. Bəzi illərdə nadir qalıb qışlayır. Yazda mart-aprel aylarında gəlir, payızda sentyabr-noyabr aylarında köçüb gedir Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 179;. Aprel-may aylarında kiçik adalarda yerdə yuva qurur, 4 yumurta qoyur. İyunun axırlarında cavan fərdləri görünür. Yemini cücülər təşkil edir Виноградов В.В. Биологические ресурсы водно-болотных охотничьих угодий Мильской степи, их производительность и перспективы хозяйственного использования // Труды заповедников Азербайджана. вып. 2. М.Л., 1967, с. 72-74;Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 82;.

Məhdudlaşdırıcı amillər Su-bataqlıq sahələrinin qurudulması, yayda nəmli biotopların və dayaz su sahələrinin quruması, qoruq olmayan ərazilərdə çox miqdarda mal–qaranın otarılması bu quşa mənfi təsir edir.

Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları optimal yaşayış yerləridir. Ramsar konvensiyasına və AEWA sazişinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Mahmudçala-Ağçala göllər sisteminə yasaqlıq, Sarısu-Şərbət qobu göllər sisteminə isə qoruq statusunun verilməsi, eyni vaxtda bu növün də qorunmasının fəal maarifçiliyi məsləhətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1823-cü ildə təsvir edilən quşlar